2017-ci il sentyabrın 27-də Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin magistr tələbəsi Svetlana İsayeva “İngilis dilində növ kateqoriyası və onun linqvistik cəhətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi.
Müdafiə Şura üzvləri olaraq, f.ü.f.d. İrina Orucova, f.ü.f.d. Eldar Şahgəldiyev, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Eynur Mehdiyev, departamentin müəllimləri İlham Tağıyev, Xanım Əhmədova, Elmira Əliyeva və Milana Abasova iştirak edirdilər.
S.İsayeva dissertasiyanın təqdimatından sonra şura üzvlərinin suallarını cavablandırdı. Yekunda şura üzvlərinin rəyi ilə Svetlana İsayevaya magistr dərəcəsi verilməsi qərara alındı.