Siyasi Elmlər və Fəlsəfə Departamenti
7 Yanvar, 2020
2020-ci il yanvarın 7-də Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev Almaniyanın Tübingen Universitetində Azərbaycanın xarici siyasəti mövzusunda mühazirə oxudu. Mühazirədə iştirak edən tələbələr Tübingen Universitetinin magistratura pilləsində təhsil alırlar və bu il Nyu-York şəhərində baş tutacaq Birləşmiş Millətlər Təşkilatı Modelində Azərbaycan nümayəndə heyətini təmsil edəcəklər. Seminarın əsas müzakirəsi “Azərbaycanın balanslaşdırılmış çoxvektorlu xarici siyasəti”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin regional təhlükəsizliyə təsirləri”, “Azərbaycanın regional və xarici aktorlarla ikitərəfli münasibətləri”, “Şərq Tərəfdaşlığı və Avropa İttifaqı-Azərbaycan münasibətləri”, “Azərbaycanın enerji siyasəti” və “Beynəlxalq nəqliyyat dəhlizi olaraq Azərbaycanın rolu” idi.
Seminar yuxarıda qeyd edilən mövzular ətrafında sual-cavab və müzakirələrlə davam etdi.
17 Dekabr, 2019
2019-cu il dekabrın 17-də Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dr.Volfqanq Maning Xəzər Universitetində oldu.
Səfir Maning Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşdü. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, Dr. Elmar Mustafayev və Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Dr. Anar Cəfərov iştirak edirdilər.
Görüşdə səfirə Xəzər Universitetinin tarixi, onun elmi proqramları, tədqiqat potensialı, beynəlxalq əlaqələr, bundan əlavə, Xəzər Universiteti və Almaniyanın Tubingen Universitetinin bu yaxınlarda DAAD tərəfindən qrant aldığı birgə layihəsi haqqında məlumat verildi.
Görüşdən sonra Wolfgang Maning Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə görüşdü. “Liberal cəmiyyət: Bir vaxtlar parlaq nümunə –indi isə günah keçisi?” adlı seminarda müxtəlif ölkələrdə oturuşmuş liberal cəmiyyətin müsbət cəhətləri müzakirə edildi.
Seminar sual-cavab sessiyası ilə davam etdi və sonda səfir dəvətə və Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə maraqlı və interaktiv bir seminar keçirdiyinə görə, Xəzər Universiteti rəhbərliyinə minnətdarlığını bildirdi.
Şəkillər üçün bura klikləyin.
06 Dekabr 2019
2019-cu il dekabrın 6-da Beynəlxalq Fələstin Xalqı ilə Həmrəylik Günü münasibətilə Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamenti Fələstinin Azərbaycandakı səfiri Nasser Abdel Karem ilə “Fələstində və Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizlik” mövzusunda seminar təşkil etdi.
Tələbələrə Fələstin münaqişəsinin tarixi, sülh prosesindəki mövcud inkişaflar və iki dövlətli həll yolundakı çətinliklər barədə məlumat verildi. Seminar sual və cavab sessiyası ilə davam etdi.
Seminarda, BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Dr. Rəşad Hüseynov da iştirak edərək, BMT Baş katibi António Guterresin Fələstin xalqı ilə Həmrəylik Günü münasibətilə mesajını oxudu.
Şəkillər üçün bura klikləyin.
02 Dekabr, 2019
2019-cu il dekabrın 2-də Nottingham Ningbo Universitetinin müəllimi Dr.Nicholas Ross Smith Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin tələbələrinə “Risklər düzgün qiymətləndirilməyəndə: Ukraynanın Rusiya və Avropa İttifaqı arasında siyasi riskləri düzgün qiymətləndirməməsinin neoklassik realist nəzəriyyədən təhlili ” mövzusunda seminar keçirdi.
Mövzunun giriş hissəsində ikivektorlu və çoxvektorlu xarici siyasətin faydaları və mümkün təhdidləri barəsində ümumi məlumat verən qonaq mühazirəçi daha sonra mövzunu Ukrayna nümunəsində tələbələrə izah etdi. Ukraynanın Rusiya və Qərblə əməkdaşlığındakı çətinliklər, habelə bölgədəki mövcud vəziyyət müzakirə edildi.
Seminar sual-cavab sessiyası ilə yekunlaşdı və Dr.Smith tələbələrə fəal iştirak etdikləri üçün təşəkkür etdi.
Şəkillər üçün bura klikləyin.
29 Noyabr, 2019
2019-cu il noyabrın 29-da sülh və münaqişə mövzuları üzrə tədqiqatçı Aynurə Babayeva Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə seminar keçirdi. “Sülhün post-modern təfsirləri” mövzusunda keçən seminarda sülhün və müharibənin birgə mövcudluğu, sülhün hazırda necə görünməsi müzakirə edildi.
Sual-cavab şəklində davam edən seminarda tələbələr daha çox sülhün necə qorunub saxlanması ilə maraqlandılar. Sonda Aynurə Babayeva tələbələrlə maraqlı və interaktiv seminar keçirmək imkanı yaratdığı üçün Siyasi elmlər və fəlsəfə departamentinə təşəkkürünü bildirdi.
Şəkillər üçün bura klikləyin.
28 Noyabr, 2019
2019-cu il noyabrın 28-də Dr. Nəcibə Mustafayeva Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə interaktiv seminar keçirdi. “Beynəlxalq hüquqda güc tətbiqi” mövzusunda keçən seminarda müasir beynəlxalq münasibətlərdə güc tətbiq edilməsinin qanuniliyi müzakirə olundu və tələbələrə praktiki tapşırıq verildi.
Seminar sual-cavab sessiyası ilə davam etdi və sonda Dr. Nəcibə Mustafayeva tələbələrə fəal iştirak etdiklərinə görə təşəkkür etdi.
Şəkillər üçün bura klikləyin.
1 Noyabr, 2019
2019-cu il noyabrın 1-i Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas Xəzər Universitetində seminar keçirdi. Səfirin “Aİ-Azərbaycan əlaqələri” mövzusunda keçirdiyi seminarda Şərq Tərəfdaşlığı Proqramında Azərbaycanın rolu və Aİ ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin perspektivləri müzakirə edildi.
Seminar sual-cavab sessiyası ilə davam etdi və sonda səfir tələbələrə fəal iştirak etdiklərinə görə təşəkkür etdi.
Seminardan sonra səfir Jankauskas Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşdü. Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, universitetin tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev, Avropa Araşdırmalar Mərkəzinin direktoru Baba Bayramlı iştirak edirdilər. Səfirə Xəzər Universitetinin tarixi, dərəcə proqramları, beynəlxalq əlaqələri və universitetin Erasmus+ layihələrində iştirakı barədə məlumat verildi.
H.E.Jankauskas dəvətə və Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə maraqlı və interaktiv bir seminar keçirdiyinə görə Xəzər Universiteti rəhbərliyinə minnətdarlığını bildirdi.
Şəkillər üçün bura klikləyin.
2019-cu il iyulun 14-28 Xəzər Universitetinin Regionşünaslıq (Avropa) ixtisası üzrə magistratura təhsili alan 3 tələbəsi - Aygün Əliyeva, Asiman Qocayev, Cəfər Allahverdiyev və Biznesin idarə edilməsi üzrə magistratura təhsili alan tələbəsi Nərmin Əliyeva Tbilisi və Oslo şəhərlərində yay məktəbində təlim keçmişlər. Tələbələrə yay məktəbi ərzində İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov və Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev rəhbərlik etmişlər.
Yay məktəbi “Cənubi Qafqaz və Norveçdə akademik mühitdə mədəniyyətlərarası münasibətlər” layihəsi çərçivəsində təşkil edilmişdi və Oslo Metropolitan Universiteti, Xəzər Universiteti və Tbilisi Dövlət Universitetindən olan tələbələr üçün nəzərdə tutulmuşdu.
Yay məktəbinin məqsədi tərəfdaş universitetlər arasında sıx əməkdaşlıq qurmaq, mədəniyyətlərarası dialoqa töhfə vermək və bu sahədə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Yay məktəbinin birinci həftəsi Tbilisi Dövlət Universitetində təşkil olunmuşdur və aşağıda qeyd edilən multidissiplinar mövzuları əhatə etmişdir: “Mədəniyyətlərarası kommunikasiyanın əsas anlayışları - sosial psixoloji perspektivlər”, “Mədəniyyətlərarası kommunikasiyanın əsas anlayışları - antropoloji perspektivdən”, “Streotiplər”, “İctimai münasibətlər və mətbuat”, “Mədəniyyətlərarası kommunikasiya - eşitmə qüsuru olan insanlarla münasibət perspektivindən” və “Mədəniyyətlərarası kommunikasiyada tərcümənin rolu”. Əlavə olaraq, tələbələr Beynəlxalq Miqrasiya Təşkilatının Gürcüstan ofisində olmuş və Cənubi Qafqazda olan miqrasiya prosesləri ilə bağlı ətraflı məlumat əldə etmişlər.
Yay məktəbinin 2-ci həftəsi Oslo Metropolitan Universitetində təşkil edilmişdir və aşağıda qeyd edilən mövzuları əhatə etmişdir: “Niyə norveçlilər bu cürdürlər?”, “Mətbuat və qlobal mədəniyyət”, “Sələfilik - Norveçdə yeni dini gənclik hərəkatı kimi”, “Mədəniyyətlərarası kommunikasiyanın əsas anlayışları - sosial psixoloji perspektivlər”, “Qaraçı xalqlarının təhsili” və “Tolerantlıq və hörmət”. Bundan başqa, tələbələr Osloda Refstad İmmiqrasiya Mərkəzində olmuşlar. Miqrasiya mərkəzinə səfərin əsas məqsədi Norveçin miqrasiya siyasəti və sığınacaq proseduru ilə tanışlıq olmuşdur.
Səfər müddətində tələbələr sığınacaq axatran şəxslərlə söhbət etmək, eləcə də onların yaşadıqları yeri görmək və onlarla birlikdə nahar etmək imkanı əldə etmişlər.
Şəkillər üçün bura klikləyin.
Departament müdiri Avropa Şurası konfransının moderatorluğunu etdi
11 Sentyabr, 2019
2019-cu il sentyabrın 11-də Avropa Şurasının Azərbaycandakı ofisi və Fransa səfirliyinin təşkilatçılığı ilə “Bizim hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfrans keçirildi. Konfrans Avropa Şurasının 70 illik yubileyi və Fransanın Avropa Şurası Nazirlər Komitəsinə sədirliyi münasibətilə keçirilirdi. Konfransda Avropada insan hüquqları, demokratiya və qanunun aliliyinin təşviqində Avropa Şurasının tarixi rolu, habelə, təşkilat və üzv dövlətlərin qarşılaşdığı hazırkı və gələcək çağırışlar müzakirə olundu.
Konfransın əsas məruzəçiləri qismində Avropa Şurası Parlament Assambleyasının prezidenti Liliane Maury Pasquier və Azərbaycan Respublikasının Ombudsmanı professor Elmira Süleymanova çıxış etdilər. Əsas məruzəçilərin çıxışından sonra konfrans öz işinə panel müzakirə ilə davam etdi. Panel müzakirə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov; Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi şöbəsinin müdiri Kristos Giakoumopoulos; Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev; Ədliyyə Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti İlqar Qurbanov; Avropa Şurası Siyasi Məsələlər Direktortluğunun Etibar Tədbirləri Şöbəsinin müdiri Anna Capello-Brillat, və Türkiyənin Orta Doğu Teknik Universitetinin Avropa məsələləri üzrə müəllimi və hazırda ADA Universitetində qonaq-professor olaraq, çalışan Dr. Ayca Ergünün iştirakı ilə təşkil edilmişdi. Konfrans Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departameninin müdiri Dr. Elmar Mustafayevin moderatorluğu ilə baş tutdu.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetində “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr edilmiş tədbir keçirildi
13 may 2019
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetinin əməkdaşları NİZAMİ layihəsinin yekun görüşündə iştirak etdilər
1-4 aprel 2019
1-4 aprel 2019-cu il tarixlərdə Xəzər Universitetinin əməkdaşları –İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Tatyana Zayseva, və Siyasi elm və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev Montpelier Universitetində baş tutan Erasmus+ NİZAMİ layihəsinin yekun iclasında iştirak etdilər. Layihənin görüşü tərəfdaş universitetlərin iş planlarına daxil olan tədbirlərin yekun hesabatı və 2019-cu il aprelin 12-də baş tutacaq layihənin genişlənməsinə dair tədbirin müzakirəsinə həsr edilmişdi.
NİZAMİ layihəsinin yekun görüşündə Azərbaycandan olan tərəfdaş qurumlar –Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Universiteti və Avropa Birliyindən koordinator universitetlər –Montpelier Universiteti, Barselona Universiteti və Lund Universiteti iştirak edirdilər.
Görüşün üçüncü günündə Dr. Elmar Mustafayev NİZAMİ layihəsinin iş planında yer alan “Doktorluq təhsilinin strukturlaşdırılması”na dair təqdimatla çıxış etdi. Təqdimatda iştirakçılar Xəzər Universitetinin NİZAMİ layihəsi çərçivəsində yaradılan Doktorluq Məktəbi modeli haqqında məlumat verdi.
Şəkillər üçün bura klikləyin.
Səfir Milos Strugar Xəzər Universitetində mühazirə ilə çıxış etdi
13 mart 2019
13 mart 2019-cu il tarixdə Conflux Araşdırmalar Mərkəzinin icraçı direktoru və BMT-nin Sülh prosesi üzrə baş məsləhətçisi səfir Milos Strugar Xəzər Universiteti tələbələri üçün seminar keçirdi. “Beynəlxalq və regional sülhqoruma siyasəti” adlanan seminar əsasən dövlətlər arası və dövlət daxili münaqişələrdə vasitəçilik mövzusunu əhatə edirdi. Səfir Strugar tələbələri beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün BMT tərəfindən həyata keçirilən fəaliyyətlər – münaqişənin qarşısının alınması və vasitəçilik, sülh yaratma, sülhə məcbur etmə və sülh qurma – barəsində məlumatlandırdı.
Mühazirə sual-cavab sessiyası ilə başa çatdı.
Mühazirədən sonra səfir Milos Strugar Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayevlə görüşdü. Görüşdə elmi araşdırmalar sahəsində əməkdaşlıq imkanları müzakirə edildi.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetinin tələbələri Avropa Parlamentinə təcrübə səfərində iştirak etdilər
9-22 dekabr 2018
9-22 dekabr 2018-ci il tarixlərdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər departamentinin iki tələbəsi - Aygün Əliyeva və Minəxanım Səlimova Avropa Parlamentinə təcrübə səfərində iştirak etdilər. Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən proqramda gənclər Avropa İttifaqının bir neçə institutuna (Avropa Parlamenti, Avropa Komissiyası, Avropa İttifaqı Şurası) səfər etdilər. Gənclər bir neçə parlament nümayəndəsi və tədqiqatçılarla görüşdülər. Eyni zamanda, tələbələr Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov və Azərbaycan Respublikasının Belçika Krallığında Fövqəladə və Səlahiyyətli səfiri Fuad İsgəndərovla görüşdə iştirak etdilər.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetinin əməkdaşları Tbilisi Dövlət Universitetinə səfər etdilər
12-16 noyabr 2018
2018-ci il noyabrın 12-dən 16-dək Xəzər Universitetinin əməkdaşları –İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Rəna Həsənova Tbilisi Dövlət Universitetində keçirilən “Cənubi Qafqaz və Norveçdə akademik və iş mühitində mədəniyyətlərarası qarşılaşmalar” adlı layihənin müəllimlər üçün təşkil olunan ikinci görüşündə iştirak etdilər. Layihə Oslo Metropolitan Universiteti, Tiflis Dövlət Universiteti və Xəzər Universitetinin nümayəndələrini yenidən bir araya gətirdi.
Görüşün məqsədi indiyədək görülən işləri qiymətləndirmək, müvafiq olaraq layihənin məqsəd və planını nizamlamaq, yay məktəbinin proqramına daxil olacaq fəaliyyətlərin detallı siyahısını təkmilləşdirmək və bu işdə məsul olan personalı müəyyənləşdirmək idi. Eyni zamanda, layihə çərçivəsində təşkil olunacaq fənlərə qeyri-akademik tərəfdaşların cəlb edilməsi yolları nümayəndələr tərəfindən müzakirə edildi.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universiteti “Ölülər günü” bayramını qeyd etdi
1 noyabr 2018
1 noyabr 2018-ci il tarixdə Meksikanın ən əhəmiyyətli bayramlarından biri olan “Ölülər günü” bayramı Xəzər Universitetində qeyd olundu. “Ölülər günü” vəfat etmiş dost və ailələri anmaq üçün təşkil olunan Meksikanın milli bayramlarından biridir. Bayramla əlaqədar olaraq, Meksikanın Azərbaycandakı səfirliyi Xəzər Universiteti ilə birgə bayram elementi kimi parlaq rəngli ənənəvi folklor kostyumları, skelet başları, kalaka (qadın paltarı geyinən skelet), bayram oyuncaqlarının nümayiş olunduğu stend hazırlamışdı.
Tədbirin birinci hissəsində Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Meksikanın Azərbaycandakı səfiri cənab Rodrigo Labardini ilə görüşdü və Xəzər Universitetinin əməkdaşları və tələbələri adından bu bayram münasibətilə səfiri və Meksika xalqını təbrik etdi, sağlamlıq, sülh və firavanlıq arzuladı.
Görüşdən sonra stend qarşısında çıxışına başlayan cənab Rodrigo Labardini qeyd etdi ki, bu bayram “Ölülərin xanımı” kimi tanınan Mictecacihuatl ilahəsinə tez-tez festivallar keçirən azteklərin yerli mədəniyyətinə aiddir. Daha sonra “Ölülər günü” ilə bağlı animasiyalı film Xəzər Universitetinin tələbələri üçün nümayiş etdirildi və filmdən sonra səfir filmin səhnələrini tələbələrlə müzakirə etdi, eyni zamanda, auditoriyanın suallarını cavablandırdı.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetində Fransada təhsillə bağlı təqdimat keçirildi
26 oktyabr 2018
26 oktyabr 2018-ci il tarixdə Siyasi Elm və Beynəlxalq Münasibətlər departamenti Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin tələbələri üçün Fransada təhsil imkanları ilə bağlı seminar təşkil etmişdir. Seminar Kampus Fransa Agentliyinin Azərbaycandakı nümayəndəsi Raab Maureen tərəfindən həyata keçirilmişdir. Seminarda tələbələrə Fransada təhsil sistemi, Fransada təhsil imkanları, yaşayış yerləri, yaşayış xərcləri, tibbi sığorta, magistratura və bakalavr dərəcəsi üzrə təqaüd proqramları barədə məlumat verildi. Bundan əlavə, xanım Maureen online və distant təhsil proqramları, eyni zamanda, Fransada təcrübə imkanları haqqında məlumat verdi.
Sonda xanım Maureen auditoriyanı maraqlandıralan sualları cavablandırdı.
Şəkillər üçün bura klikləyin.
Qonaq mühazirəçi: Dr. Wolf Linder Xəzər Universitetində mühazirə ilə çıxış etdi
25 oktyabr 2018
25 oktyabr 2018-ci il tarixdə siyasi ekspert, hüquq məsləhətçisi, İsveçrə Elmi Şurasının üzvü Dr. Wolf Linder Xəzər Universitetində mühazirə ilə çıxış etdi. Dr. Wolf Linderin “Demokratiyanın müxtəlif istiqamətləri: İsveçrə demokratiyas niyə və necə fərqlənir?” adlı mühazirəsi İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Siyasi Elm və Beynəlxalq Münasibətlər departamenti tərəfindən təşkil edilmişdir. Mühazirədə İsveçrə Konfederasiyası, birbaşa demokratiyanın tarixi inkişafı, İsveçrə demokratiya modelinin xüsusiyyətləri və məhdudiyyətləri, İsveçrənin siyasi sistemi müzakirə edildi. Bundan əlavə, tələbələrə Aİ-İsveçrə münasibətləri, ikitərəfli müqavilələr və Aİ vahid bazarında iştirak üçün İsveçrənin Aİ qanunlarını qəbul etməsi barədə məlumat verildi.
Dr. Wolf Linderin seminarı sual-cavab sessiyası ilə yekunlaşdı.
Şəkillər üçün bura klikləyin.
Dr. Stefano Bragirolinin Xəzər Universitetində 3 günlük mühazirəsi
16-18 oktyabr 2018
Siyasi Elm və Beynəlxalq Departamenti DESCnet layihəsi çərçivəsində tələbələr üçün Tartu Universitetinin Johan Skytte Siyasi Araşdırmalar İnstitutunun Avropa Tədqiqatları üzrə Professoru Dr. Stefano Bragiroli ilə 3 günlük sessiya təşkil etmişdir. Dr. Stefano Bragiroli Xəzər Universitetinin tələbələri üçün üç fərqli mühazirə təqdim etdi.
16 oktyabr 2018-ci tarixdə, sessiyanın ilk günündə Dr. Stefano Bragiroli, "Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti və Aİ-NATO münasibəti" mövzusunda mühazirə ilə çıxış etdi. Tələbələr xarici siyasət, Avropa İttifaqının təhlükəsizlik diplomatiyası, Aİ Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tarixi inkişafı, Aİ-NATO əlaqələri, Avropanın ərazi bütövlüyündə NATO-nun rolu barədə məlumatlandırıldı.
17 oktyabr 2018-ci il tarixdə qonaq spikerin "Aİ-Rusiya münasibətləri" adlı seminarı Rusiya və Aİ-nin siyasi gücü, iki siyasi gücün qarşılıqlı siyasi təsiri və maliyyə əlaqəsini, gələcək Rusiya-Avropa İttifaqı münasibətlərini təhlil etdi. Bundan əlavə, Aİ-nin bir neçə üzv dövlətləri ilə Rusiyanın münasibətləri və bu ikitərəfli münasibətlərin Avropa İttifaqı-Rusiya əlaqələrinə təsiri müzakirə edildi.
Mühazirədən sonra cənab Braghirolinin Xəzər Universitetinin rektoru Hassan Niknafsla görüşü baş tutdu. Görüşdə Xəzər Universitetinin tarixi, ixtisaslar, tədqiqat imkanları və universitetinin beynəlxalq əlaqələri haqqında məlumat verildi. Bundan əlavə, tələbə və kadr mübadiləsi üzrə qarşılıqlı əməkdaşlıq imkanları, Xəzər Universiteti ilə Tartu Universiteti arasında ikitərəfli proqramların hazırlanması və birgə tədqiqatların aparılması müzakirə olundu. Eyni zamanda, İnkişaf mərkəzinin rəhbəri Raziyə İsayeva və Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin koordinatoru Elmar Mustafayev görüşdə iştirak etdilər.
18 oktyabr 2018-ci il tarixdə sessiyanın son günündə Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı müzakirə olundu. Tələbələr Avropa Qonşuluq Siyasətinin inkişafı, Avropa Qonşuluq Siyasəti ölkələri ilə Avropa İttifaqı arasında təhlükəsizlik və miqrasiya, mobillik, viza rejiminin sadələşdirilməsi məsələləri üzrə əlaqələr müzakirə olundu.
Bütün mühazirələrin sonunda cənab Dr. Stefano Bragiroli auditoriyanın suallarını cavablandırdı.
Şəkillər üçün bura klikləyin.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Birinci müşaviri mühazirə ilə çıxış etdi
4 oktyabr 2018
4 oktyabr 2018-ci il tarixdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Birinci müşaviri cənab Danis Daniilidis Xəzər Universitetinin tələbələri üçün seminar keçirdi. Görüşdə, həmçinin, Bolqarıstanın Azərbaycandakı səfiri cənab Nikolay Yankov fəxri qonaq kimi iştirak edirdi. Siyasi Elm və Beynəlxalq Münasibətlər departamentinin tərəfdaşı olduğu DESCnet layihəsi çərçivəsində təşkil etdiyi mühazirədə cənab müşavir “Avropa İttifaqı xarici siyasətinin aktorları” adlı məruzə ilə çıxış etdi. Görüş ərzində tələbələrə Aİ xarici siyasətinin müxtəlif istiqamətləri, Aİ qurumlarının rolu, təşkilatın xarici siyasət prioritetləri haqqında məlumat verildi. Eyni zamanda, “Brexit”, terrorizm, miqrasiya kimi cari məsələlər müzakirə edildi.
Mühazirə sual-cavab sessiyası ilə başa çatdı.
Seminardan sonra cənab Daniilidis Xəzər Universitetinin rektoru Dr. Hasan Niknafs ilə görüşdü. Görüşdə Xəzər Universitetinin tarixi, ixtisaslar, tədqiqat imkanları və universitetin beynəlxalq əlaqələri haqqında məlumat verildi. Eyni zamanda, simulyasiya, seminar və yay məktəbləri kimi tədbirlərin keçirilməsində qarşılıqlı əməkdaşlıq barədə müzakirə aparıldı.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetinin əməkdaşları Oslo Metropolitan Universitetinə səfər etdilər
3-7 sentyabr 2018
3-7 sentyabr 2018-ci il tarixdə Xəzər Universitetinin əməkdaşları – İqtisadiyyat və Menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi Elm və Beynəlxalq Münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə Oslo Metropolitan Universitetində baş tutan “Cənubi Qafqaz və Norveçdə akademik və iş mühitində mədəniyyətlərarası qarşılaşmalar” adlı layihənin ilkin görüşündə iştirak etdilər. Görüşdə, həmçinin, Oslo Metropolitan Universiteti və Tbilisi Dövlət Universitetinin nümayəndələri də iştirak edirdilər.
3 illik layihə mədəniyyətlərarası kommunikasiya ilə əlaqədar magistr kurslarının hazırlanmasını, Oslo və Tbilisidə yay məktəblərinin təşkil olunmasını, birgə araşdırma işlərinin aparılmasını nəzərdə tutur. Görüş ərzində iştirakçılar fənlərin hazırlanması ilə bağlı təcrübələrini bölüşdülər və miqrasiya, nifrət nitqi və radikallaşma mövzularının ixtisas fənləri kimi tədrisinin nəzəriyyəsi və metodikasını müzakirə etdilər.
Şəkillər üçün bura klikləyin.
Meksika səfiri Xəzər Universitetində mühazirə ilə çıxış etdi
23 may 2018
23 may 2018-ci il tarixdə Meksikanın Azərbaycandakı səfiri cənab Rodrigo Labardini müqayisəli siyasət dərsində qonaq mühazirəçi kimi çıxış etdi.
Cənab Labardini hakimiyyətin paylaşılması, hər bir hakimiyyət qolunun məsuliyyəti və 3 struktur (qanunverici, icraedici, məhkəmə) arasında mövcud olan qarşılıqlı “nəzarət və balans” mexanizmi haqqında danışdı. Eyni zamanda, cənab səfir tələbələrlə birlikdə müxtəlif idarəçilik modellərini və ölkələrin fərqli idarəçilik sistemlərinin müqayisəli təhlilini apardı.
Mühazirə sual-cavab sessiyası ilə başa çatdı.
Şəkillər üçün bura klikləyin.
Belçika səfiri Xəzər Universitetində mühazirə ilə çıxış etdi
8 may 2018
8 may 2018-ci il tarixdə Avropa Günü ilə əlaqədar Belçikanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bert Schoofs Xəzər Universitetinin tələbələri üçün “Belçikanın federativ idarəetmə sistemi və Avropa İttifaqında rolu” adlı xüsusi mühazirə oxudu. Mühazirəni Siyasi Elm və Beynəlxalq Münasibətlər departamenti tərəfdaşı olduğu DESCnet layihəsi çərçivəsində təşkil etmişdir. Görüşdə tələbələrə Belçikanın tarixi, mədəniyyəti, xarici siyasətinin prioritetləri, iqtisadiyyat və təhsil sistemi, həmçinin, ölkənin Avropa İttifaqı, NATO, ATƏT, BMT kimi beynəlxalq və regional təşkilatlarda rolu haqqında məlumat verildi.
Siyasi Elm və Beynəlxalq Münasibətlər departamentinin koordinatoru Elmar Mustafayevin moderatorluğu ilə keçirilən müzakirə sual-cavab sessiyası ilə başa çatdı.
Şəkillər üçün bura klikləyin.
Meksikanın Azərbaycandakı səfiri tələbələrə mühazirə keçdi
2 may 2018
2 may 2018-ci il tarixdə Meksikanın Azərbaycandakı səfiri Cənab Rodrigo Labardini Xəzər Universitetinin tələbələri üçün mühazirə keçdi. Cənab Səfir Labardini tərəfindən keçirilən "Meksikanın Xarici Siyasət Prioritetləri və Azərbaycanla Qarşılıqlı Münasibətləri" adlı xüsusi məruzə Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamenti tərəfindən təşkil edilmişdir. Səfir mühazirəsində Meksika dövlətinin siyasi, iqtisadi, mədəni kontekstindən, ölkənin Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dinamikasından danışdı.
Mühazirənin sonunda cənab Labardini auditoriyanı maraqlandıran sualları cavablandırdı.
Mühazirə Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin koordinatoru Elmar Mustafayevin moderatorluğu ilə baş tutmuşdur.
Şəkillər üçün bura klikləyin.
Belçika səfiri Xəzər Universitetinin qonağı oldu
19 aprel 2018
19 aprel 2018-ci il tarixdə Belçika Krallığının Fövqəladə və Səlahiyyətli səfiri cənab H.E. Bert Schoofs Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin dəvəti ilə Xəzər universitetinin qonağı oldu. Cənab səfir assistenti Sevil Qəhrəmanovanın müşayiəti ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs və Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin koordinatoru Elmar Mustafayev ilə görüşdü.
Görüşdə Xəzər Universitetinin tarixi, ixtisaslar, tədqiqat imkanları və universitetinin beynəlxalq əlaqələri haqqında məlumat verildi. Eyni zamanda, tələbə və kadr mübadiləsi üzrə qarşılıqlı əməkdaşlıq imkanları, Xəzər Universiteti ilə Belçika ali təhsil müəssisələri arasında ikitərəfli proqramların hazırlanması və birgə tədqiqatların aparılması müzakirə olundu.
Öz növbəsində, cənab Schoofs Belçika ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasındakı münasibətlərin qurulmasında məmnuniyyətlə iştirak etməyə hazır olduğunu bildirdi. Səfir Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin tələbələri üçün xüsusi seminar təqdim etmək üçün edilən dəvəti müsbət qiymətləndirdi.
Şəkillər üçün bura klikləyin.
İtalyan Mədəniyyət Mərkəzinin və Romanın Sapienza Universitetinin nümayəndələri ilə görüş keçirildi
9 aprel 2018
9 aprel 2018-ci il tarixdə Bakıdakı İtalyan Mədəniyyət Mərkəzi və Romanın Sapienza Universitetinin nümayəndələri Xəzər Universitetinin “Neftçilər” kampusunu ziyarət etdilər.
Bakıdakı İtaliyan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan görüş Sapienza Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. Xəzər Universitetinin görüşdəki nümayəndiliyi universitetin rektoru Dr. Hassan Niknafs, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərovadan ibarət idilər. Qonaqları Sapienza Universitetinin AB proqramları bölümünün rəhbəri Mattea Capelli, həmin universitetin Beynəlxalq ofisinin əməkdaşı Olesya Kifa, İtaliyan Mədəniyyət Mərkəzinin baş direktoru Çingiz Əsgərov və həmin mərkəzin həmtəsisçisi Fərid Abbasov təmsil edirdilər. Görüş iştirakçıları gələcək əməkdaşlıq üçün tələbə və işçilərin mübadiləsi, birgə dərəcə proqramlarının yaradılması kimi ümumi maraq mövzularını müzakirə etdilər.
Erasmus+ proqramı çərçivəsində Xəzər Universiteti Sapienza Universiteti ilə əməkdaşlığa başlamışdır. Xəzər Universitetinin bir tələbəsi bu proqram daxilində mübadilə imkanından yararlanmışdır.
Şəkillər üçün bura klikləyin.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mühacirlərin dönüşü” adlı açıq mühazirə
16 mart 2018
2018-ci il martın 16-da Xəzər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mühacirlərin dönüşü” adlı açıq mühazirə keçirildi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə baş tutan tədbirin qonaq mühazirəçisi 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı araşdırma aparan jurnalist-yazar, kolleksiyaçı Dilqəm Əhməd idi. Tədbirdə, həmçinin, Dilqəm Əhmədin kolleksiyasına aid cümhuriyyət dövrünün nadir foto və sənədləri də sərgilənmiş və “Mühacirlərin dönüşü” və “Fərqlilər” kitablarının təqdimatı və imza günü keçirildi.
Şəkillər üçün bura klikləyin.
İsrail Səfiri Xəzər Universitetinin qonağı oldu
27 fevral 2018
27 fevral 2018-ci il tarixdə Xəzər Universiteti Siyasi elm və Beynəlxalq Münasibətlər departamentinin dəvəti əsnasında İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan Stav universitetin qonağı oldu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İsrail səfiri cənab Dan Stav ilə görüşdü. Görüşdə, həmçinin, Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dosent İradə Xəlilova, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, Avropa İttifaqı Araşdırmalar Mərləzinin rəhbəri Baba Bayramlı və İsrail səfirliyinin Mətbuat departamentinin direktoru Sahilə Mustafayeva iştirak edirdilər.
Şəkillər üçün bura klikləyin.
Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin Koordinatoru Romada Konfransda iştirak etdi
24 yanvar 2018
24 yanvar 2018-ci il tarixdə Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin koordinatoru Elmar Mustafayev "İtaliyada Azərbaycanla bağlı tədqiqat: mövzular və perspektivlər" mövzusunda akademik konfransda iştirak etmişdir. Tədbir Roma Sapienza Fondu və eyni universitetin Rabitə və Sosial Araşdırmalar Departamenti tərəfindən təşkil olunmuşdur. Tədbirdə İtaliyada Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçılar da iştirak ediblər.
Konfrans KİV-də qeyd olunub.
https://news.az/articles/politics/128566
https://azertag.az/xeber/1131433
https://video.azertag.az/video/60178
Şəkillər üçün bura klikləyin
"Azərbaycan Müəllimi" qəzati Xəzər universitetinin müəllimi haqqında yazdı
19 yanvar 2018
19 yanvar 2018-ci ildə "Azərbaycan Müəllimi" "Dövlət Proqramının iştirakçıları harada işləyir?" layihəsi çərçivəsində məqalə dərc edib. Məqalədə dövlət proqramı çərçivəsində İtaliya La Sapienza Universitetini bitirən Elmar Mustafayev haqqında məlumatlar yer alıb. Hal-hazırda Elmar Mustafayev Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər departamentininmüəllim və koordinatorudur. Məqalələr seriyası 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlara həsr olunmuşdur.
Ətraflı məlumat üçün bura klikləyin.
“Caucasus International” jurnalının təqdimatı oldu
24 noyabr 2017
24 noyabr 2017-ci tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Xəzər Universiteti Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamenti nin müəllim və tələbələri üçün “Caucasus İnternational” jurnalının təqdimatı keçirildi. Təqdimatı SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi və “Caucasus International” jurnalının redaktor müavini İlqar Qurbanov və SAM-ın Media üzrə mütəxəssisi Şəbnəm Məhərrəmova keçirdilər.
Şəkillər üçün bura klikləyin
Fələstin Səfiri Xəzər Universitetində Mühazirə ilə Çıxış Etdi
17 noyabr 2017
2017-ci il noyabrın 17-də Xəzər Universiteti Beynəlxalq Təhsil həftəsi (13-17 noyabr) çərçivəsində Beynəlxalq Əlaqələr Şöbəsi və Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin birgə təşkilatçılığı ilə Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdel Karem Xəzər Universitetinin qonağı oldu.Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdel Karemi qəbul etdi. Görüşdə əsasən Fələstinin Azərbaycandakı səfirliyi və Xəzər Universiteti arasında olan əməkdaşlıq müzakirə olundu. Görüşdə həmçinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova, Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin koordinatoru Elmar Mustafayev və Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin köməkçisi iştirak edirdilər.Daha sonra Fələstinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdel Karem Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin tələbələri üçün “Fələstin üzrə icmal” mövzusunda mühazirə keçirdi. Mühazirədə Azərbaycan və Fələstin arasında ikitərəfli münasibətlər və Yaxın Şərqdə olan vəziyyət haqqında tələbələrə ətraflı məlumat verildi. Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin koordinatoru Elmar Mustafayevin moderatorluğu ilə keçirilən müzakirə sual-cavab sessiyası ilə başa çatdı. Görüşdə Beynəlxalq Əlaqələr Şöbəsinin assistenti Elxan Kasimov da iştirak edirdi. Səfir Nasser Abdel Karem dəvətə görə Xəzər Universiteti rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Şəkillər üçün bura klikləyin.
Siyasi elm və Beynəlxalq Münasibətlər departamentinin tələbələri üçün “İş axtarmaq qaydaları” mövzusunda təlim keçirildi
22 may 2017
22 may 2017-ci il tarixdə Xəzər Universiteti Siyasi elm və Beynəlxalq Münasibətlər departamentinin tələbələri üçün “İş axtarmaq qaydaları” mövzusunda təlim keçirildi. Təlim Xəzər Universitetinin müəllimi və İnformasiya Sistemləri Şöbəsinin əməkdaşı Rəşad Xalıqov tərəfindən aparıldı. İş təcrübəsi olmayan tələbələrə bu yolda yardımçı olmaq üçün yaratdığı stajer.az/ platformasından danışan Rəşad Xalıqov, daha sonra işə müraciət zamanı tələbələrin riayət etməli olduqları qaydaları izah etdi.
Şəkillər üçün bura klikləyin
Rektor Hassan Niknafs Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşdü
26 aprel 2017
26 aprel 2017-ci il tarixdə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan İanku və Rumıniyanın Qadınlar və Kişilər Arasında Bərabər İmkanlar üzrə Milli Agentliyinin nümayəndəsi PhD Aurora Martin ilə görüşdü. Görüşdən sonra PhD Martin “Qlobalizasiya və insan alveri” mövzusunda məruzə ilə çıxış etdi. Təqdimat Siyasi Elm və Beynəlxalq Münasibətlər departamentinin təşkil etdiyi Jan Monne Avropa seminarlar silsiləsinin növbəti tədbiri idi.
Şəkillər üçün bura klikləyin.
Rumıniyanın Azərbaycandakı səfiri Siyasi elm və Beynəlxalq Münasibətlər departamentinin qonağı oldu
18 aprel 2017
18 aprel 2017-ci il tarixdə Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan İanku Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentində qonaq oldu. Səfir İanku cari ilin mayında təşkil olunması nəzərdə tutulan Rumıniya-Azərbaycan Təhsil Forumu ilə bağlı məlumat verdi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Xəzər Universitetinin dərəcə proqramları haqqında geniş məlumat verdi. O, həmçinin Rumıniya universitetlərinin tələbələrinin Xəzər Universiteti Təqaüd proqramı ilə bağlı məlumatlandırmasını da səfirdən xahiş etdi. Görüş iştirakçıları tərəfindən akademik mobillik və tələbə mübadiləsinin önəmi xüsusilə vurğulandı. Səfirliyin Diplomatik müşaviri Mihaela İanku və departamentin koordinatoru Elmar Mustafayev də görüşdə iştirak edirdilər.
Şəkillər üçün bura klikləyin.
“GR8” şirkəti Xəzər Universitetinin tələbələri üçün təlim keçirdi
17 aprel 2017
17 aprel 2017-ci il tarixdə “GR8” şirkəti Xəzər Universiteti Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin tələbələri üçün peşəkar e-mail yazma qaydaları mövzusunda təlim keçirdi. Təlim “GR8” şirkətinin həmtəsisçisi və “Fairmont Baku” otelinin təlim meneceri Aygün Novruzova tərəfindən keçirildi. İnteraktiv şəkildə keçirilən təlimdə tələbələrə əsasən e-mail yazarkən əməl olunmalı qaydalar və ən çox rast gəlinən səhvlər izah edildi.Qeyd edək ki, sözügüdən təlim Xəzər Universiteti Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin təşkil etdiyi 10 həftəlik İşgüzarlıq və Peşəkar Bacarıqların İnkişafı üçün Təlim Proqramının tərkib hissəsi olaraq baş tutdu.
Şəkillər üçün bura klikləyin.
“Fireworks” Şirkəti Xəzər Universitində təlim keçirdi
3 aprel 2017
3 aprel 2017-ci il tarixdə Xəzər Universitində “Fireworks” İnsan Resursları Şirkəti tərəfindən Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin tələbələri üçün peşəkar rezyume hazırlamağın və iş müsahibəsindən uğurla keçməyin yolları haqqında təlim keçirildi. Təlimdə tələbələrin CV-lərinə fərdi şəkildə rəy bildirən “Fireworks” əməkdaşları, həmçinin onlara iş müsahibəsi zamanı davranış qaydaları haqqında da məlumat verdilər.
Qeyd edək ki, təlim 2017-ci il fevralın 27-dən etibarən departament tərəfindən davam etdirilən İşgüzarlıq və Peşəkar Bacarıqların inkişafı üçün Təlim Proqramının tərkib hissəsi olaraq baş tutmuşdur. Sözügedən təlim proqramının növbəti sessiyası ünsiyyət bacarıqları mövzusunda olacaq.
Şəkillər üçün bura klikləyin
Xəzər Universiteti Tələbələri üçün Deloitte Azerbaijan tərəfindən Excel Təlim
6 Mart 2017
6 mart 2017-ci il tarixdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamentinin tələbələri üçün xüsusi təlim proqramı təşkil edilmişdir. Təlim Deloitte Azərbaycan Audit Departamentinin mütəxəssisləri tərəfindən verilmişdir. Mövzulara Excel, Excel əsasları, statistik, maliyyə, məntiq və istinad ilə əlaqəli formullar daxil olmaqla tez-tez istifadə olunan vasitələr daxil edilmişdir. Təlim 10 həftəlik "Peşəkarlıq və Şəxsi bacarıqlar" tədris proqramı çərçivəsində həyata keçirildi. Bu xüsusi proqram tələbələrə CV yazma, iş müsahibəsinə hazırlanma, təqdimat bacarığı, ünsiyyət bacarıqları, eləcə də effektiv elektron poçt ünsiyyəti kimi məsələlərdə kömək etmək üçün nəzərdə tutulmuşdur.
Şəkillər üçün bura klikləyin
Xəzər Universitetində "Peşakarlıq və Şəxsi bacarıqlar" adlı Tədris Proqramı
27 fevral 2017
27 fevral 2017-ci il tarixdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamenti "Peşəkarlıq və Şəxsi bacarıqlar" adlı tədris proqramını start verdi. Bu xüsusi proqram tələbələrə CV yazma, iş müsahibəsi hazırlama, təqdimat, ünsiyyət və ünsiyyət bacarıqlarını aşılamaq üçün nəzərdə tutulmuşdur. Təlimin həmçinin tələbələrə PowerPoint təqdimatı, Excel əsasları, effektiv elektron poçt rabitəsi və əhatə məktubunun yazılması da daxil olmaqla bacarıqlarını inkişaf etdirməyə kömək etməkdir. Proqram "Deloitte Azerbaijan" ın insan resurslarının idarə edilməsi bölməsinin mütəxəssisləri tərəfindən bir seminar ilə başladı. On həftəlik proqram həmçinin GR8 Club, Fireworks Human Resource Management və Xəzər Universitetinin Karyera İnkişafı Mərkəzi mütəxəssisləri tərəfindən də aparılacaq.
Şəkillər üçün bura klikləyin.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri ilə görüş keçirilmişdir
16 fevral 2017
16 fevral 2017-ci il tarixdə Xəzər Universitetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini İlqarYusubov və böyük məsləhətçisi Müjdət Həsənov, universitetin rektoru Hassan Niknafs, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin müdiri Muxtar Hacızadə və Beynəlxalq Ofisin direktoru Turan Cəfərova iştirak etmişlər.
Görüş zamanı qonaqlara Xəzər Universitetinin beynəlxalq əməkdaşlığı barədə geniş məlumat verilmişdir. Xarici tələbələr üçün nostrifikasiya prosedurunun daha da asanlaşdırılması, universitet haqqında məlumatların ingilis dili ilə yanaşı digər xarici dillərdə də yayılması, xarici tələbələrin qəbulunun onlayn platforma üzərindən aparılması haqqında müzakirələr aparılmışdır.
Şəkillər üçün bura klikləyin.
“Xaricdə Təhsil üzrə Dövlət Proqramı”nın məzunları ilə görüş keçirildi
17 dekabr 2016
17 dekabr 2016-cı il tarixdə ADA Universitetində “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı forum keçirildi. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, AMEA-nın prezidenti Akif Əlizadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, eləcə də, digər ali təhsil müəssisələrinin rəhbərləri, xaricdə təhsil almış magistr və doktorant məzunlar iştirak edirdilər.Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə də Dövlət Proqramının məzunu kimi çıxış etdi. O, öz çıxışında hazırkı çətinliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün tədbirin önəmini xüsusi qeyd etmişdir.
http://edu.gov.az/az/page/9/13402.
http://news.lent.az/news/262937.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetinin rektoru 1-ci il tələbələri ilə görüşdü
15 dekabr 2016
15 dekabr 2016-cı il tarixdə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs 1-ci il tələbələri ilə görüşdü. Görüşdə Humanitar və sosial elmlər fakültəsinin dekanı Dr. Cabir Xəlilov, Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin koordinatoru Elmar Mustafayev və Humanitar və sosial elmlər fakültəsində dekan köməkçisi Paşa Aydayev iştirak edirdilər. Dr. Hassan Niknafs tələbələrə universitetdə təhsil alacaqları 4 il ərzində yaradılacaq şərait və imkanlardan danışdı, təhsillərini uğurla davam etdirmələri üçün onlara tövsiyələrini bildirdi. Sonda tələbələrin sualları cavablandırıldı.
Şəkillər üçün bura klikləyin.
Uğurlu “start-up” qurulması ilə bağlı görüş keçirildi
1 noyabr 2016
1 noyabr 2016-cı il tarixdə İsraildən olan “start-up” mütəxəssisi cənab Tal Catran Xəzər Universitetində oldu və universitetin heyəti ilə görüşüb İsarailin “start-up” təcrübəsini bölüşdü. O, İsrailin bu sahədə uğurlar qazanmasının əsas səbəblərinə toxundu və uğurlu “start-up” qurmağın yolları haqqında fikirlərini bölüşdü.Qonağa Xəzər Universitetinin Texnoparkı və digər innovativ ideyalar barəsində məlumat verildi. Görüşdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Münasibətlərlər departamentinin müdiri Dr. Muxtar Hacızadə, İnkişaf Mərkəzinin Direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. İnqilab Əhmədov, İqtisadiyyat və menecment departamentinin müdiri Dr. Ceyhun Məmmədov, Neft mühəndisliyi departamentinin müdiri Dr. Qəşəm Zeynalov, İsarail Aerokosmik Sənayesi Mərkəzindən xanım Lina Michaeli və İsarilin Bakıdakı səfirliyindən cənab Amir Rom iştirak edirdilər.
Şəkillər üçün bura klikləyin.
Amerikan Universitetinin professoru ABŞ-da prezident seçkilərindən danışdı
24 oktyabr 2016
24 oktaybr 2016-cı il tarixdə Xəzər Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə Amerikan Universitetinin siyasi elmlər üzrə tanınmış professorlarından biri Dr. James Thurber ABŞ-da qarşıdan gələn prezident seçkilərini müzakirə etdi. Dr. Thurber ABŞ-da baş verən siyasi proseslər, o cümlədən, namizədlərin seçilməsi, siyasi konvensiyalar və seçki sistemi haqqında ümumi məlumat verdi. O, həmçinin Hillary Clinton və Donald Trump-ın namizədliyi ilə nəticələnən ölkədaxili vacib siyasi məsələlərə də toxundu. Dr. Thurber qeyd etdi ki, yüksək seçki qurumunun (The Electoral College) nəticələrinə görə Hillary Clinton-un seçilmə ehtimalı daha böyükdür.Çıxışdan sonra o, tələbələrin bu seçkilərin ABŞ-ın Şimali Amerika Azad Ticarət Assosasiyası və Avropa ölkələri ilə münasibətlərinə, insan haqlarına və beynəlxalq ticarətə necə təsir edəcəyi barəsində suallarını cavablandırdı. Daha sonra Dr. Thurber Xəzər Universiteti Siyasi elmlər və beynəlxalq əlaqələr departamentinin rəhbəri Dr. Muxtar Hacızadə ilə görüşdü və ona hədiyyə olaraq öz kitabını verdi.
Şəkillər üçün bura klikləyin.
Xəzər Universitetinin əməkdaşının məqaləsi Almaniyada çap olundu
10 iyun 2016
10 iyun 2016-cı il tarixdə Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müəllimi və doktorantı Elsevər Məmmədovun məqaləsi Almaniyanın “Nomos” nəşriyyatı tərəfindən “Caucasus, the EU and Russia –Triangular Cooperation?” kitabında nəşr edilmişdir. “Şərq Tərəfdaşlığı və digər proqramlar çərçivəsində Avtopa Birliyi (AB)-Azərbaycan əməkdaşlığı: Azərbaycanın xarici siyasət perspektivindən baxış” adlı məqaləsində Elsevər Məmmədov AB ilə münasibətləri, xüsusilə Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı Azərabaycanın xarici siyasət prizmasından təhlil etmişdir. Məqalədə AB ilə münasibətlər kontekstində Azərbaycanın xarici siyasət məqsədləri, eləcə də AB-nin bu proqramlar çərçivəsində Azərbaycandan gözləntiləri və Azərbaycanın həmin gözləntilərə baxışı tədqiq olunur.
Şəkillər üçün bura klikləyin.
Departament müdiri cəbhə bölgəsindəki məktəbləri ziyarət etdi
11-12 iyun 2016
11-12 iyun 2016-cı il tarixlərdə Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə cəbhə bölgəsində yerləşən məktəblərdə oldu. Səfər zamanı M.Hacızadə Ermənistan-Azərbaycan qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən Ağdamın Quzanlı və Bərdənin Xəsilli kənd tam orta məktəblərində təhsil alan 9 və 10-cu sinif şagirdləri ilə görüşlər keçirdi. Görüşün məqsədi həmin məktəblərdə təhsil alan şagirdlərə ali təhsilin önəmini aşılamaq, seçilə biləcək spesifik ixtisaslar haqqında məlumat vermək, təhsil boyu vaxtın səmərəli istifadəsini təbliğ etmək, gələcəkdə təhsili xaricdə davam etdirmək haqqında həvəsləndirici söhbətlər aparmaq və mövcud təqaüd imkanları ilə bağlı məlumat vermək idi. Tədbirdən sonra şagirdlərə Xəzər Universitetinin hədiyyəsi olan müxtəlif dərs ləvazimatları hədiyyə olundu.Bu səfər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Britaniya Məzunları Birliyi (AUKAA) tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” layihəsi çərçivəsində baş tutmuşdur. Layihə çərçivəsində seçiləcək şagirdlər Xəzər Universiteti də daxil olmaqla, Bakıdakı beş ali təhsil müəssisəsinə tanışlıq məqsədilə baş tutacaq beş günlük yay düşərgəsinə dəvət olunacaqlar.
Şəkillər üçün bura klikləyin.
Jean Monnetin Cənub-Şərqi Asiya və Asiya-Sakit Okean Ərazilərində İnteqrasiya Prosesləri üzrə seminarı baş tutdu
20 may 2016
20 may 2016-cı il tarixdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamenti Malayziyanın perspektivindən Cənub-şərq Asiya və Asiya Sakit Okeandakı inteqrasiya proseslərini müzakirə etmək üçün Malayziyanın Azərbaycandakı səfiri H.E. Roslan Abdul Rahmanı qəbul etmişdir. O, geniş qonşuluqda Malayziyanın xarici siyasətinə dair ətraflı məlumat verdi və tələbələrə həm Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının (ASEAN), həm də Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının əməkdaşlığı barədə məlumat verdi. Seminardan sonra cənab Rəhman Xəzər Universitetinin prezidenti Dr. Həsən Niknafsla görüşdü.
Şəkillər üçün bura klikləyin.
Departament müdirimiz Vatikanda keçirilən beynəlxalq konfransda çıxış etmişdir
11-12 aprel 2016
Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə aprelin 11-12-də Vatikanda “Ortaq Evimiz üçün qayğı: ABŞ və Vatikanın qlobal məsələlərdə iştirakı” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Konfransda Vatikanda akkreditə olunmuş səfirlər, diplomatik korpus nümayəndələri, müxtəlif dini qrupların liderləri və beynəlxalq xəbər agentliklərinin təmsilçiləri iştirak etmişlər. Konfrans 2015-ci il mayın 24-də Papa Fransis tərəfindən dünyadakı Roma Katolik Kilsəsinin bütün yepiskoplarına göndərilmiş “Ortaq Evimiz üçün qayğı” haqqında ensiklika məktubundakı bəzi məsələlərdən irəli gələn çağırışları müzakirə etmək məqsədilə keçirilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, həmin ensiklika ətraf mühitə qayğı, iqlim dəyişikliyi, bio-müxtəlifliyin itirilməsi, insanın yaşayış keyfiyyətinin aşağı düşməsi, qlobal bərabərsizlik, içməli su çatışmazlığından və digər yeni səbəblərdən yarana biləcək mümkün problem və münaqişələrə görə Papanın dərin narahatlığını ifadə edir. Planetimizin gələcəyinin necə formalaşdırılması üçün yeni dialoqa çağıran həmin ensiklika məktubunda Papa Fransis hazırda yaşanan problemlərdə insan faktorunun hamını narahat etdiyini nəzərə alaraq, beynəlxalq və lokal səviyyələrdə danışıqlara olanehtiyacı vurğulayır, yeni konfliktlərin qabaqlanaraq qarşısının alınması və mümkün səbəblərinin əvvəlcədən aradan qaldırılmasının önəmini, dinlərin elmlə səbrli və açıq dialoqunu irəli sürür. Müzakirə zamanı, M. Hacızadə aprel ayının ilk günlərində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulması və təxribatlar törədilməsi, hələlik nəticə verməyən sülh danışıqları, Ermənistandakı tarixi vətənlərindən zorla çıxarılaraq Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin vəziyyəti və güc tətbiqi dilemması barəsində də öz fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşdür.
Şəkillər üçün bura klikləyin.
Anti-Plagiat tədbirləri alındı
11 Aprel 2016
11 aprel 2016-cı il tarixdə bir çox xəbər saytlarında məqalələr Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyi tərəfindən "Elmi, Akademik və Ədəbi Yazılarda İntihal və bunun qarşısının alınması" mövzusunda birgə təşkil olunan tədbir haqqında məqalələr dərc edilmişdir. Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Muxtar Hacızadə müzakirələrdə Xəzəri Universitetini təmsil etdi.
http://azpress.az/index.php?lang=az§ionid=news&id=51346
http://www.butov.az/xeber/sosial/4314-elmi-eserlerin-ogurlanmasina-qarshi-mubarize-guclendirilir.htmlhttp://virtualaz.org/bugun/67428
Departament rəhbəri Təhsil Televiziyasının qonağı oldu
9 Aprel 2016
9 aprel 2016-cı ildə Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Muxtar Hacızadə Təhsil Televiziyasının "Təməl" verilişində qonaq oldu və Fərhad Əmirbəyov, Təhsil Nazirinin müşaviri ilə birgə akademik bütövlüyün əhəmiyyətini müzakirə etdilər.
Veriliş üçün bura klikləyin.
İngiltərə səfiri Xəzərdə Birlik və Brexit haqqında danışdı
8 Aprel 2016
8 aprel 2016-cı il tarixdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamenti Böyük Britaniyanın Azərbaycandakı səfiri H.E. İrfan Siddiq qonaq etdi. Onun çıxışları əsasən Birləşmiş Millətlər Təşkilatına həsr olunmuşdu və bu beynəlxalq təşkilatın əsas prinsiplərinin müzakirəsi idi. Cənab Siddiq Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi qurumların ümumi təfərrüatlarını təqdim etdi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının məqsədləri və qərar qəbuletmə funksiyaları barədə ətraflı məlumat verdi. Daha sonra İngilislərin AB-də iştirakı və İngiltərənin Avropa İttifaqına üzvlüyü ilə bağlı keçiriləcək referendum haqqında danışıb. Səfir Böyük Britaniyanın Avropa İttifaqından çıxarılmasına dair əsas proqnozlar və danışıqlar barədə danışdı. Səfərdə olan H.E. İrfan Siddiq Xəzər Universitetinin prezidenti Dr Hasan Niknafsla da görüşdü.
Şəkillər üçün bura klikləyin.
Prezident İlk Milli BMT-nin Modelində seçilmiş Xəzər tələbələri ilə görüşdü
8 Aprel 2016
8 Aprel 2016-cı il tarixdə Xəzər Universitetinin prezidenti Həsən Niknafs İlk BMT Model Konfransında (MilliMUN) iştirak edən Xəzər Universitetinin seçilmiş tələbələri ilə görüşdü. BMT modeli BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və digər BMT orqanlarının simulyasına təşkil edərək tələbələrə diplomatiya və əməkdaşlığın öyrədilməsini nəzərdə tutur. BMT Modeldə tələbələr təşkilatın gündəliyində mövcud hadisələrlə bağlı müzakirələr aparırlar, beynəlxalq əməkdaşlıq üzrə qətnamələr hazırlayırlar, tərəfdaşlar və opponentlər ilə danışıqlar aparırlar və münaqişələrin həllini tapırlar. Xəzər Universiteti 2015-ci il sentyabrın 21-də Xəzər MUN klubunu gələcək BMT Model tədbirlərində güclü tələbələrin iştirakını təmin etmək üçün yaratmışdır. Klubun prezidenti Pərvin Rəhimli sentyabr ayında İlk BMT Model Konfransında iştirak edəcək tələbələri hazırlamaq üçün fəaliyyətinə başladı. BMT Model Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən "Qlobal Siyasi Müzakirələrdə Gənclərin Fəal iştirakına dəstək yaratmaq" layihəsi çərçivəsində Azərbaycanda inkişaf etdirilir. Bu proqram çərçivəsində 2016-cı il 20-23 fevralda milli miqyasda Bakıda MilliMUN Konfransı keçirilmişdir.
Plagiat və onun qarşısının alınması yolları mövzusunda dəyirmi masa keçirildi
7 aprel 2016
7 aprel 2016-cı il tarixdə Hökumət Evində “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutdu. Dəyirmi masa iştirakçıları plagiatın yaranma səbəbləri, hazırda aparılan müəyyən mübarizə tədbirləri və mövcud vəziyyətdən çıxış yollarını geniş müzakirə etdilər.
Dəyirmi masada iştirak edən Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə keçirilən tədbirin ölkəmiz üçün çox aktual mövzuya toxunan bir ilk olmasının önəmini qeyd etdi. Xəzər Universitetində aparılan müəyyən mübarizə tədbirləri haqqında məlumat verdi, ölkəmizdə akademik dürüstlüyün təmin olunmasının vacibliyini vurğuladı, bunun vicdanlı vətəndaşlardan ibarət bir cəmiyyətin formalaşması üçün gətirəcəyi faydasını qeyd etdi.
Şəkillər üçün bura klikləyin.
Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş görüş keçirilmişdir
5 aprel 2016
5 aprel 2016-cı il tarixdə Xəzər Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər Universitetində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş görüş keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə bağlı imzaladığı sərəncama əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq həyata keçirilirdi. Tədbiri giriş sözü ilə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs açaraq, mövzunun önəmini qeyd etdi və Bilik Fondu ilə Xəzər Universiteti arasında mövcud olan əməkdaşlıqdan məmnunluq duyduğunu dilə gətirdi.
Daha sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək, rəhbərlik etdiyi fond haqqında və fondun Azərbaycan multikulturalizminə dair göstərdiyi fəaliyyətini açıqladı. Daha sonra isə akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitab AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademiyanın muxbir üzvü Möhsün Nağısoylu tərəfindən iştirakçılara təqdim olundu.
Yekunda Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə keçirilən tədbirin regionda baş verən hazırkı gərginlik fonunda önəmini irəli çəkərək, Bilik Fondunun rəhbərliyinə əməkdaşlıq üçün təşəkkür etdi.
Şəkillər üçün bura klikləyin.
Norveç səfirinin Xəzər Universitetində mühazirəsi oldu
1 aprel 2016
1 aprel 2016-cı il tarixdə Aprelin 1-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Norveçin Azərbaycandakı səfiri Bard Ivar Svendsen Norveçin regional inteqrasiya proseslərində iştirakı haqqında mühazirə ilə çıxış etdi. Mühazirədən əvvəl o, Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü.Mühazirəsinin əvvəlində səfir ölkəsinin regiondakı siyasətinə təsir göstərmiş tarixi amillərdən bəhs etdi. Norveç və Avropa İttifaqı (Aİ) haqqında danışarkən, Aİ-yə üzv olmayan Norveçi ittifaqın daxili bazarına məhdudiyyətsiz giriş ilə təmin edən Avropa İqtisadi Sahəsi haqqında Saziş barəsində ətraflı məlumat verdi. O, həmçinin, Norveçin Aİ-yə üzv olmaq istəməməsinin səbəbləri haqqında danışdı, Norveçin regional səviyyədə əməkdaşlıq etdiyi “Nordic-Baltic 8” formatı, Arktik Şura və Barens Əməkdaşlığı haqqında da məlumat verdi.
Şəkillər üçün bura klikləyin.
Azərbaycanlı alim nüfuzlu beynəlxalq mükafata layiq görülüb
29 mart 2016
29 mart 2016-cı il tarixdə Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzlu “Jean Monnet Kürsüsü Sahibi” tituluna layiq görülüb.
“Jean Monnet Kürsüsü Sahibi” mükafatı alimlərin avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik müddətə verilir.M.Hacızadə “Jean Monnet Kürsüsü Sahibi” mükafatını alan ilk və yeganə azərbaycanlıdır. Mükafat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2016-cı il martın 18-də dövlət qeydiyyatına alınıb.
http://azertag.az/xeber/Azerbaycanli_alim_nufuzlu_beynelxalq_mukafata_layiq_gorulub-938011
http://sia.az/az/news/social/535389
Magistr tezisləri müdafiə edildi
15 Mart 2016
15 mart 2016-cı il tarixdə Siyasi Elm və Beynəlxalq Əlaqələr şöbəsinin müəllimi Xəyalə Məmmədova "Dmitri Medvedevin səlahiyyət müddətində və sonrasında Rusiya-Azərbaycan münasibətləri" (elmi rəhbər - Dr. Muxtar Hacızadə) və Aygün Qurbanova "Azərbaycan-Türkmənistan ikitərəfli münasibətləri: yeni tendensiyalar və çağırışlar" mövzusunda (elmi rəhbər - Rəşad Hüseynov). Komitə sədri Dr. Kənan Allahverdiyev idi.
Şərq tərəfdaşlığı üzrə Hollandiya siyasəti haqqında seminar baş tutdu
15 Mart 2016
15 mart 2016-cı il tarixdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Əlaqələr şöbəsi Hollandiya Xarici İşlər Nazirliyinin Avropa və Şərqi Tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Dirk Jan Kopu qəbul etdi. Cənab Şərq Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıqdan danışıb. Sual və cavab sessiyasında Amb. Kop, Rusiyanın keçmiş Sovet respublikaları ilə bağlı mövqeyinə, Avrasiya İttifaqının təşviqinə və AB-yə üzv olmayan ölkələrlə AB razılaşmalarının xüsusiyyətlərinə dair sualları cavablandırdı. Məruzə zamanı iştirakçılar həmçinin Aİ ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də post-sovet ölkələrində dəyərli məsələlərinin vəziyyəti ilə tanış oldular.
Fələstinin Azərbaycandakı səfiri Xəzər Universitetində danışır
11 Mart 2016
11 mart 2016-cı il tarixdə Xəzər Universitetinin Siyasi Elm və Beynəlxalq Əlaqələr Departamenti Fələstinin ölkəmizdəki Fövqəladə Səfiri H.E. Nasser Abdul Kareemə Avropa Qonşuluq Siyasəti kontekstində Fələstin-Avropa İttifaqı münasibətləri barədə qonaqlıq məruzəsi ilə çıxışını dinləmək üçün ev sahibliyi etdi. O, AB-nin Fələstinlilərə göstərdiyi yardım barədə danışdı və Aİ-nin məcburi köçkünlər və dövlət strukturlarını dəstəkləmək üçün Fələstinin ən böyük yardımçısı olduğunu vurğuladı. Digər məsələlərlə yanaşı, o, iştirakçılara Aİ və Fələstin Azadlığı Təşkilatı arasında 1997-ci ildə imzalanan Ticarət və Əməkdaşlıq üzrə Müvəqqəti Əməkdaşlıq Sazişi haqqında məlumatlandırdı, Fələstin sənaye məhsullarını Aİ bazarlarına rüsumsuz girişlə təmin etmək məqsədi ilə olduğunu vurğuladı.
ABŞ səfiri Robert Cekuta Xəzər Universitetində olub
4 Mart 2016
4 mart 2016-cı il tarixdə Siyasət Elmi və Beynəlxalq Əlaqələr Departamenti ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekutanı qonaq edib, ABŞ-Azərbaycan əlaqələrini beynəlxalq inteqrasiya prosesləri kontekstində müzakirə edilib. Səfir Cekuta ABŞ-ın təhlükəsizlik, demokratiya və iqtisadiyyat / enerji istiqamətləri daxil olmaqla, ABŞ-Azərbaycan əlaqələrinin ən vacib aspektləri barədə fikirlərini təqdim etdi. O, Azərbaycanın uzunmüddətli sabitliyi və rifahı üçün təhlükəsizliyin, qanunun aliliyinin və demokratiyanın vacibliyini vurğuladı. Səfir Cekuta, ABŞ-Azərbaycan.əlaqələrində qarşılıqlı maraq, dəyərlər və məqsədlərdən danışdı. Departament sədri Dr. Muxtar Hacızadənin moderatorlıq etdiyi növbəti sual-cavab sessiyasında ABŞ xarici siyasətinin müxtəlif aspektləri və ABŞ-ın Şimali Amerikadakı beynəlxalq inteqrasiya proseslərində iştirakı və regional əməkdaşlıq məsələlərinə dair suallar verildi.