Xor oxuma incəsənəti öz çoxəsirlik ənənələri və dərin mənəvi məzmunu ilə həm ifaçıların, həm də dinləyiçilərin əxlaqi və intellektual əhval ruhiyyəsinə güclü təsir edir,milli vokal və musiqi mədəniyyətinin etibarlı qalxanı sayılır,insanların musiqi tərbiyəsini, ümumi mədəniyyətini yüksəldir. Təsadüfi deyildir ki, Qədim tаrixi əhəmiyyətə mаlik оlаn Yunаnıstаnda gənclərin tərbiyəsində əsаs vаsitə kimi çıxış edən xоr musiqisi birincilik təşkil edərək, təlim-tərbiyə prоsesində əsаs yer tuturdu. Hətta Yunаnıstаndа xоrdа оxuyа bilməyənə "sаvаdsız" аdı verilirdi.
Xatırladaq ki, Аzərbаycаndа ilk prоfessiоnаl xоr mədəniyyətinin bаnisi dаhi Üzeyir Hacıbəyov оlub.
Xor üçün zəruri sayılan əlamətlər - ansambl, kök, nüanslardan ibarətdir. Xor opera, oratoriya, kantatanın önəmli iştirakçısıdır, eləcə də sərbəst ansamlı kimi instrumental müşayiətli və müşayiətsiz (a kapella) böyük rol oynayır.
Xor səslərinin sayına və keyfiyyətinə görə fərqlənir:
yekcins (həmcins) xor
qadın xoru - tərkibinə iki əsas xor partiyası – soprano və altolar partiyaları daxildir;
kişi xoru - tərkibinə üç əsas partiya – tenor, bariton, bas partiyaları daxildir;
uşaq xoru - tərkibində iki əsas xor partiyası – diskant və altolar partiyaları daxildir [11].
çoxsəsli xor
Xor dörd səs qrupuna bölünür: soprano, alt, tenor, bas.
Sadaladıqlarımız bu müsbət keyfiyyətləri tələbələrə aşılamaq üçün və eyni zamanda musiqi və vokal istedadı olan tələbələrin xor mədəniyyətinə yiyələnməsi və oxuma bacarığının formalaşması üçün bu iş Xəzər Universitetinin Musiqi Departamentində yüksək səviyyədə həyata keçirilir. Burada xor kollektivinin ifaçılıq məharəti təkmilləşdirilir,oxuma zamanı nəfəsalma və nəfəsvermə, xor terminləri və xor solfeciosu üzrə vokalizlərə böyük əhəmiyyət verilir.
Qeyd edək ki, C. Cabbarlının “Sevil” operası tamaşasının təqdimatında Universitetin Xor Kollektivi 47 nəfərlik tərkiblə böyük və profisional performas nümayiş etdirdi. Xor kollektivi dünyanın müxtəlif dillərində ( ingilis,fransız,ispan, italyan, rus, türk,fars) əsərlər ifa edirlər.
16 iyun 2016-cı ildə ilk dəfə olaraq Xəzər Universitetinin müəllimlərindən ibarət xor kollektivi təşkil olunmuşdur.
Zəngin xor mədəniyyətinin inkişafı və qorunub saxlanılması məqsədilə burada kurslar da təşkil olunur.