Xəzər Universitəsi Musiqi və İncəsənət departamenti
“Xor” Fənni
Xor fənnindən Syllabus
Müəllim: Məshəti Cabbarova
Telefon: 055 731 65 45
Semestr: Spring 2015
Kredit: sayı 3 kredit
Final: 40 bal
Midterm: 30 bal
Aktivlik: 10 bal
Tədbirlərdə iştirak: 20 bal
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir.Tələbələr hər hansı bir səbəbdən dərslərin buraxılması (xəstəlik,ailə vəziyyəti və s.) haqqında məlumatı fakultə dekanına təqdim etməlidirlər.20% artıq dərs buraxan tələbələr dərsə buraxılmır.
İmtahan qaydaları
Tələbələrin imtahanda iştirakı və ya imtahanaburaxılması ilə bağlı bütün məsələlər fakultə rəhbərliyi tərəfindən həll olunur. İmtahan hesabat və yekun konsertləri şəkilində keçirilir.
Fənni bitirmək qaydaları
Universitetin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və yuxarı hesab edilir.Kəsri olan tələbələr bu fənni növbəti il təkrar götürə bilərlər.
Xor- Xor oxuma incəsənəti öz çoxəsrlik ənənələri və dərin mənəvi məzmunu ilə həm ifaçıların, həm də dinləyicilərin əxlaqi və intellektual əhval-ruhiyyəsinə güclü təsir edir, milli vokal və musiqi mədəniyyətinin etibarlı qalxanı sayılır, tələbələrin musiqi tərbiyəsini, ümumi mədəniyyətini yüksəldir və formalaşdırır. Musiqi və vokal istedadı olan tələbələrin xor mədəniyyətinə yiyələnməsi və oxuma bacarığının formalaşması Xəzər Universitəsinin Musiqi departamentində həyata keçirilir.Xor kollektivinin ifaçılıq məharəti təkmilləçdirilir, oxuma zamanı nəfəsalma və nəfəsvermə, xor terminləri və xor solfeciosu üzrə vokalizlərə böyük əhəmiyyət verilir.Zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi,tələbələrdə xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsi məqsədilə kurs təşkil olunur.
Dərs proqramı
N | Mövzu və tapşırıq | saat |
1 | Səs üzrə işləmə | 2 |
2 | Nəfəs genişlənmə ilə bağlı məşqələlər | 2 |
3 | Səs məşğələri (müxtəlif intervallarla) | 2 |
4 | Vokalizlər-a hərfi ilə və notların adını çəkərək oxumaq | 2 |
5 | Sinə və beyin rezonatorlarının eyni dərəcədə səslənməsi | 2 |
6 | Bir not üzərindəbütün sait hərfləri oxunuşu | 2 |
7 | Nəfəs tutumunun genişlənməsi üçün məşğələlər | 2 |
8 | Artikulyasiya üzərində işləmələr | 2 |
9 | Səs diapazonunun genişlənməsi üçün məşğlər | 2 |
10 | Programsecimi | 2 |
11 | Azərbaycan bəstəkar mahnısının,vokal üzərində iş | 2 |
12 | Ifa boyu nəfəs dayağı ilə ələqənin gorunub saxlanması | 2 |
13 | Artikulyasiya | 2 |
14 | Milli əsərlərin ifasında öz azərb.cəhətlərinin qorunması | 2 |
15 | Bəstəkarın ideyasına aktuallıq cəhətdən yanaşmaq | 2 |
16 | İfaçılıqda zövq prinsipinə diqqətin yetirilməsi | 2 |
17 | Secilmiş əsərlərin üstündə iş: diksiya,tələfüz. | 2 |
18 | Programda olan əsərlərin təhlil olunması, Üzeyir Hacıbəyli O olmasın bu olsun operattasından Hamamnın içində xoru | 2 |
19 | Bəstəkarın ideyasına aktuallıq cəhətdən yanaşmaq | 2 |
20 | Bəstəkar mahnıların üstündə işləmələr O olmasın bu olsun operattasından Ey kimsən orda xoru | 2 |
21 | Xariçi əsərlərinə sözlərin, hecaların və əsərin musiqi cümlələrinin üzərində işləmələr | 2 |
22 | İfaçılıqda zövq prinsipinə diqqətin yetirilməsi | 2 |
23 | Obyektə təsir etmə elementlərinin aydınlaşması | 2 |
24 | Məntiqi vurğuların icrasına diqqətin yetirilməsi | 2 |
25 | İfaçılıqda zövq prinsipinə diqqətin yetirilməsi | 2 |
26 | Dünya ifaçılarının nümunəvi iş prinsipindən sitatlar | 2 |
27 | Seçilmiş əsərlərin təhlil olunması, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev-Azərbaycan xalq mahnılarının işləmələri | 2 |
28 | İfaçılıqda ansambl.Müşayiətçı ilə qarşılıqlı anlaşma | 2 |
29 | İfaçılıqda səmimiyyətin aşılanması | 4 |
30 | İmtahanda ifa olunacaq əsərlərə təkrar baxış | 2 |
Cəmi : 64 saat
Repertuar
1.Ü.Hacıbəyli-Azərbaycan Respublikasının Dövlət himni
2.Türkiyənin istiqlal marşı
3.Ü.Hacıbəyli-O olmasın bu olsun operettasından "Hamamın içində"
4.Ü.Hacıbəyli-O olmasın bu olsun operettasından "Ey kimsən orda"
5.T.Quluyev-“Axşam oldu”
6. Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasından "Şəb'i Hicran" xoru
7.Ü.Hacıbəyli-Azərbaycan Xalq Mahnıları Solist və Xor işləmələri
“Aman nənə”
“Bəri Bax”
“Nə gözəldir”
8.Azərbaycan Xalq Mahnıları
“Tello”
“Muleyli”