Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir.
Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Xəzər Universiteti yarandığı gündən rəqs ansamblı öndə irəliləyir, inkişaf edir. Universitetdə rəqs kurslarının təşkilinin məqsədi tələbələrin rəqsə olan sevgilərini inkişaf etdirmək, həm də rəqs metodları ilə tələbələri tanış etməkdir. Xüsusi qiz və oğlan ibarət rəqs ansambılı rəqs ənənələrini tələbələrə öyrədir, sevdirir.
Azərbaycanın görkəmli məshur rəqqaslarının çalışdığı rəqs ansambılları dünyanın bir çox ölkələrində Xəzər Universitetini uğurla təmsil ediblər. Rəqs ansamblının reperturaında dünya xalqlarının milli və müasir rəqsləri yer alır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə Azərbaycanın müxtəlif bölgələrində keçirlən “Tələbə Baharı” tələbələrin Beynəlxaq Yaradıcılıq Festivalında Xəzər Universitetinin rəqs ansambılı 5 ildir ki, I yeri qoruyub saxlamaqdadır.