Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. AKADEMİK
  3. Akademik Departamentlər
  4. Həyat elmləri
Çap edin
Həyat elmləriProfessor-müəllim heyətiProqramlarFənlərin TəsviriPolicyTədqiqatSillabuslarProqram təlim nəticələri

Həyat elmləri

Həyat Elmləri departamenti 2019-cu ilin fevral ayında struktur islahatlar nəticəsində Bioloji elmlər departamentinin bazasında yaradılmış və Təhsil fakültəsinin tərkibindən ayrılaraq, Təbiət elmləri və Mühəndislik fakültəsinə inteqrasiya edilmişdir. Bioloji elmlər departamenti isə öz növbəsində 1992-ci ildə Tibb fakültəsinin tərkibində təsis edilmiş, 2010-cu ildən etibarən struktur dəyişiklikləri nəticəsində Təhsil fakültəsinin tabeliyinə verilmişdir. Bu ardıcıl institusional transformasiyalar departamentin akademik və elmi potensialının genişləndirilməsinə, multidissiplinar yanaşmanın gücləndirilməsinə və müasir təhsil standartlarına uyğunlaşmasına xidmət etmişdir.

Həyat elmləri canlı sistemlərin molekul, hüceyrə, toxuma, orqanizm və ekosistem səviyyələrində öyrənilməsini əhatə edən fundamental və tətbiqi istiqamətləri birləşdirən geniş elmi sahədir. Departamentin fəaliyyəti yüksək keyfiyyətli tədris, elmi əsaslı yanaşma və innovativ pedaqoji metodların tətbiqi vasitəsilə bilik və bacarıqlara malik, analitik və tənqidi düşünmə qabiliyyəti inkişaf etmiş mütəxəssislərin hazırlanmasına yönəlmişdir.

Departamentdə tədris prosesi üç əsas bakalavriat ixtisası istiqaməti üzrə həyata keçirilir: Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi və Biotexnologiya. Pedaqoji yönümlü ixtisaslar müasir tədris metodlarının tətbiqini, kurikulumun hazırlanmasını və müasir elmi biliklərin effektiv ötürülməsini əhatə etdiyi halda, biotexnologiya ixtisası daha çox elmi-tətbiqi və innovasiya yönümlü hazırlığı təmin edir. Biotexnologiya müasir dövrdə həyat elmlərinin ən sürətlə inkişaf edən və strateji əhəmiyyətə malik sahələrindən biridir. Artan əhali, qida təhlükəsizliyi, iqlim dəyişiklikləri, xəstəliklərin yayılması və ekoloji problemlər bu sahənin inkişafını zəruri edir. Azərbaycanda da kənd təsərrüfatının modernləşdirilməsi, davamlı inkişafın təmin olunması və ətraf mühitin qorunması baxımından biotexnologiya prioritet istiqamətlərdən biri hesab olunur. Gen mühəndisliyi, biotexnoloji dərman preparatları, bioplastiklər və bioloji yanacaq istehsalı kimi sahələrə artan tələbat mütəxəssis hazırlığını daha da аktuallaşdırır. Tədris proqramlarımız fundamental və tətbiqi komponentlərin inteqrasiyasına əsaslanaraq tələbələrə geniş nəzəri bilik və praktik bacarıqlar qazandırır. Kurikulum çərçivəsində molekulyar biometodlar, kök hüceyrə və regenerativ tibb, biometriya, bioinformatika, embriologiya, immunologiya və s. kimi seçmə fənlər tədris olunur. Bu fənlər müasir elmi istiqamətləri əhatə etməklə tələbələrin tədqiqat yönümlü düşüncə tərzinin formalaşmasına töhfə verir.

Departamentin əsas strateji məqsədlərindən biri tələbələrin tədqiqat potensialının erkən mərhələdən inkişaf etdirilməsidir. Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin laboratoriyası tələbələr üçün tədris, praktiki təlim və müstəqil işlərin aparılması baxımından mühüm infrastruktur təmin edir.

Bununla yanaşı, Həyat elmləri departamenti Biokimya, Genetika, Molekulyar biologiya, Mikrobiologiya və İmmunologiya ixtisasları üzrə fəlsəfə doktorluğu proqramlarını təqdim etməklə yüksək ixtisaslı elmi kadrların hazırlanmasına töhfə verir.

Departament həm yerli, həm də beynəlxalq səviyyədə elmi-tədqiqat mərkəzləri və ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində birgə elmi layihələr həyata keçirilir, akademik mübadilə proqramları təşkil olunur və müasir biliklərin transferi təmin edilir.

Beləliklə, Həyat elmləri departamenti müasir elmi yanaşmalar və innovativ təhsil mühiti əsasında həyat elmləri sahəsində yüksək ixtisaslı, rəqabətqabiliyyətli və tədqiqat yönümlü mütəxəssislərin hazırlanmasına xidmət edir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026