Həyat Elmləri departamenti 2019-cu ilin fevral ayından Bioloji Elmlər departamentinin əsasında yaradılaraq Təhsil fakültəsinin tərkibindən Mühəndislik və Təbiət Elmləri fakültəsinin tərkibinə daxil edilmişdir. Bioloji Elmlər departamenti isə öz növbəsində ilk dəfə Tibb fakültəsinin tərkibində 1992-ci ildə yaradılmış və 2010-cu ildən Bioloji Elmlər departamenti qeyd edilən fakültədən ayrılaraq Təhsil fakültəsinin tərkibinə daxil edilmişdi.Həyat elmləri elmin çox maraqlı bir sahəsidir. Bizim departament yalnız yüksək keyfiyyətli tədris və mükəmməl təhsilin elmli və təhsilli ictimaiyyəti inkişaf etdirə və tənqidi düşünən vətəndaşlar yarada biləcəyini nəzərdə tutur. Bununla məzunlar gələcək nəsillərin əhəmiyyətli uğurlar qazanmasında elmin, xüsusilə biologiyanın vacib rolunu başa düşəcəklər.
Bizim məqsədimiz həyat elmlərini təbliğ etmək və tələbələrə bioloji elmlər, kimya və biologiya, baytarlıq üzrə bakalavr təhsili üçün (BS) proqramlar təqdim etməkdir.
Bu tədris proqramı həmçinin, kök hüceyrə biologiyası, ekologiya, radiobiologiya, biostatistika, immunologiya, tibbi biologiya, mərkəzi sinir sisteminin biologiyası, baytarlıq genetikası və sairə bu kimi seçmə fənlərdən ibarət fundamental fənləri təqdim edir.
Departamentin əsas məqsədlərindən biri də bakalavr tələbələrinə həyat elmlərini müasir tədris-pedaqoji metodikalar ilə mənimsənilməsində köməklik göstərməklə yanaşı onlarda tədqiqat potensialını da üzə çıxarmaqdır. Çünki müasir dünyada bu elmlər ən önəmli yer tutur.
Departamentin Hüceyrə Patologiyasının Tədqiqat Mərkəzi laboratoriyasında tələbələr ixtisas fənlərinə aid təcrübə dərslərini keçir və həmçinin sərbəst tədqiqat işlərini aparırlar.
Həyat Elmləri departamenti biokimya, genetika, molekulyar biologiya, və immunologiya ixtisasları üzrə doktorantura proqramları da təklif edir.
Bizim departament yerli və xarici tədqiqat mərkəzləri, universitetlərlə əməkdaşlıq edir, layihə proqramları, kadr hazırlığı həyata keçirir.