Edumap.az portalı Erasmus+ Jean Monnet Module layihəsi çərçivəsində keçiriləcək vorkşopun elanını paylaşmışdır
Azərbaycanın ən böyük təhsil portallarından biri olan Edumap.az portalı Erasmus+ Jean Monnet Module layihəsi çərçivəsində baş keçirilən jurnalistlər və Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün vorkşopun elanını paylaşmışdır.
Elanı görmək üçün bura klikləyin.
Əl-Cəzirə Xəzər Universitetinin Erasmus+ Jean Monnet Module layihəsi üzrə koordinatoru Elmar Mustafayevlə müsahibəni dərc etmişdir
2022-ci il avqustun 10-da Əl-Cəzirə “Dağlıq Qarabağda son gərginliyə nə səbəb oldu?” başlıqlı məqalə dərc edib. Məqalədə Xəzər Universitetinin Erasmus+ Jean Monnet Module layihəsinin akademik koordinatoru Dr. Elmar Mustafayevin şərhləri də yer almışdır.
Məqaləni oxumaq üçün bura klikləyin.
Erasmus+ Jean Monnet Modul layihəsinin koordinatoru Dr. Elmar Mustafayevin Dunay Regionu və Mərkəzi Avropa İnstitutuna (IDM) müsahibəsi
18 may 2020-ci il tarixində Dunay Regionu və Mərkəzi Avropa İnstitutunun (İDM) icraçı direktoru Sebastian SCHÄFFER Xəzər Universitetinin Erasmus+ Jean Monnet Module layihəsiinin koordinatoru Dr. Elmar Mustafayevlə müsahibəsi olmuşdur.
Müsahibədə Xəzər Universitetinin Siyasi Elm və Fəlsəfə Departamentində həyata keçirilən fəaliyyətlər, xüsusilə Erasmus+ Jean Monnet layihəsi müzakirə olunmuşdur.
Müsahibəni buradan izləyin.
Erasmus+ Jean Monnet Proqramları haqqında məlumatlandırıcı seminar oldu
2020-ci il fevralın 10-da Xəzər Universitetində Erasmus+ Jean Monnet Proqramları haqqında məlumatlandırıcı seminar keçirildi. Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, UNEC, Dövlət Gömrük Komitəsi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya Universitetinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndələrinin iştirakı ilə baş tutan seminar Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov və Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr.Elmar Mustafayevin rəhbərliyi ilə keçirildi.
Seminarda Jean Monnet fəaliyyətinin məqsədləri və Jean Monnet-in dəstəyi ilə həyata keçirilən fəaliyyət növləri haqqında məlumat verildi. Bundan əlavə, sessiyada ərizənin verilməsi üçün texniki tələblər, vahid xərclərin birgə maliyyələşdirilməsi müzakirə edildi.
Seminar sual cavab sessiyası ilə başa çatdı.
Şəkillər üçün bura klikləyin.
Almaniya səfiri Xəzər Universitetində oldu
2019-cu il dekabrın 17-də Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dr.Volfqanq Maning Xəzər Universitetində oldu.
Səfir Maning Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşdü. Ersmus+ Jean Monnet Module layihəsi çərçivəsində baş tutan görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, Dr. Elmar Mustafayev və Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Dr. Anar Cəfərov iştirak edirdilər.
Görüşdə səfirə Xəzər Universitetinin tarixi, onun elmi proqramları, tədqiqat potensialı, beynəlxalq əlaqələr, bundan əlavə, Xəzər Universitetinin benefisiarı olduğu Erasmus+ Jean Monnet layihəsi layihəsi haqqında məlumat verildi.
Görüşdən sonra Wolfgang Maning Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə görüşdü. “Liberal cəmiyyət: Bir vaxtlar parlaq nümunə – indi isə günah keçisi?” adlı seminarda müxtəlif ölkələrdə oturuşmuş liberal cəmiyyətin müsbət cəhətləri müzakirə edildi.
Seminar sual-cavab sessiyası ilə davam etdi və sonda səfir dəvətə və Siyasi elmlər və fəlsəfə departamentinin tələbələri ilə maraqlı və interaktiv bir seminar keçirdiyinə görə, Xəzər Universiteti rəhbərliyinə minnətdarlığını bildirdi.
Şəkillər üçün bura klikləyin.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xəzər Universitetində seminar keçirdi
2019-cu il noyabrın 1-i Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas Xəzər Universitetində seminar keçirdi. Erasmus+ Jean Monnet Module layihəsi çərçivəsində baş tutan seminarda “Aİ-Azərbaycan əlaqələri” mövzusunda keçirdiyi seminarda Şərq Tərəfdaşlığı Proqramında Azərbaycanın rolu və Aİ ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin perspektivləri müzakirə edildi.
Seminar sual-cavab sessiyası ilə davam etdi və sonda səfir tələbələrə fəal iştirak etdiklərinə görə təşəkkür etdi.
Seminardan sonra səfir Jankauskas Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşdü. Görüşdə Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, universitetin tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayev, Avropa Araşdırmalar Mərkəzinin direktoru Baba Bayramlı iştirak edirdilər. Səfirə Xəzər Universitetinin tarixi, dərəcə proqramları, beynəlxalq əlaqələri və universitetin Erasmus+ layihələrində iştirakı barədə məlumat verildi.
Şəkillər üçün bura klikləyin.
AZƏRTAC Xəzər Universitetinin Erasmus+ Jean Monnet Modulu üzrə Qrant alması haqqında xəbər paylaşmışdır.
31 iyul 2019-cu il tarixində AZƏRTAC xəbər portalında Xəzər Universitetinin Erasmus+ Jean Monnet Module çərçivəsində “Aİ-nin tələbələrə simulyasiya oyunları vasitəsilə tədrisi” adlı layihəsinin qrant alması barəsində xəbər paylaşılmışdır.
Xəbəri buradan oxuyun.
“Məktəb Guşəsi” təhsil portalı Xəzər Universitetinin Erasmus+ Jean Monnet Modulu üzrə Qrant alması haqqında xəbər paylaşmışdır
31 iyul 2019-cu il tarixində “Məktəb Guşəsi” təhsil portalı Xəzər Universitetinin Erasmus+ Jean Monnet Module çərçivəsində “Aİ-nin tələbələrə simulyasiya oyunları vasitəsilə tədrisi” adlı layihəsinin qrant alması barəsində xəbər paylaşılmışdır.
Xəbəri buradan oxuyun.