Süni intellekt alətlərinə sual yazarkən və ya sənəd yükləyərkən hansı məlumatları paylaşmaq təhlükəsizdir? Təhsildə və gündəlik həyatda bu alətlərdən istifadə edərkən özümüzün və başqalarının fərdi məlumatlarını necə qoruya bilərik?
Milli Kibertəhlükəsizlik Agentliyi Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi ilə birgə bu mövzuda maarifləndirici təlim keçirəcək. Təlimdə süni intellektdən istifadənin imkanları, bu alətlərə daxil edilən məlumatların məxfiliyi və fərdi məlumatların qorunması ilə bağlı risklər tələbələrin təhsil fəaliyyətinə və gündəlik həyatına uyğun nümunələr əsasında müzakirə olunacaq.
Təlimin əsas mövzuları
- Süni intellekt alətlərinin təhsildə və gündəlik həyatda istifadə imkanları
- Bu alətlərə daxil edilən məlumatların məxfiliyi və təhlükəsizliyi
- Fərdi məlumatların paylaşılması ilə bağlı risklər və şəxslərin bu sahədə hüquqları
- Süni intellektdən məsuliyyətli və etik istifadənin əsas prinsipləri
- Özümüzün və başqalarının fərdi məlumatlarını qorumaq üçün praktik addımlar
İştirakçılar dərs tapşırıqları, qrup layihələri və gündəlik yazışmalar kimi situasiyalarda hansı məlumatları paylaşmazdan əvvəl diqqətli olmağın vacibliyini öyrənəcəklər. Təlimin sual-cavab hissəsində isə onları maraqlandıran məsələləri birbaşa mütəxəssislərlə müzakirə edə biləcəklər.
Məkan — Xəzər Universiteti, Bakıxanov Kampusu (Akt zalı)
Başlama vaxtı — 11:00
Sertifikat — Təlimdə iştirak edən tələbələrə elektron sertifikat təqdim olunacaq.
Tədbir hər kəsə açıqdır. Bütün tələbələri təlimdə iştirak etməyə dəvət edirik.