1 dekabr 2026-cı il tarixində Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyev Qazaxıstanın Nərxoz Universitetində “Rethinking Identity, History, and Nationalism in Post-Conflict Azerbaijan” mövzusunda qonaq mühazirəsi ilə çıxış edəcək.
Mühazirədə münaqişədən sonrakı Azərbaycanda milli kimlik, tarixi yaddaş və millətçilik məsələləri müzakirə olunacaq.
Ünvan: Nərxoz Universiteti, Biznes Məktəbi, “Medeu” zalı
Tarix: 1 dekabr 2026
Saat: 12:30–13:45
Mühazirənin dili: İngilis dili