4 dekabr 2026-cı il tarixində saat 11:00-da Xəzər Universiteti Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Siyasi elmlər və fəlsəfə departamentinin 5901.01 – “Beynəlxalq münasibətlər” ixtisası üzrə doktorantı Burcu Tümürün fəlsəfə doktoru proqramı çərçivəsində hazırladığı “Postsovet ölkələrində millət quruculuğu prosesləri: Azərbaycanın və Qırğızıstanın müqayisəli təhlili” (“Nation building processes in Post-Soviet countries: Comporative analysis of Azerbaijan and Kyrgyzstan”) adlı dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
İştirak etmək istəyənlər üçün giriş sərbəstdir.
Ünvan: Xəzər Universiteti (Neftçilər Kampusu), Məhsəti k. 41, AZ1096, Mərmər Zal.