7 dekabr 2026-cı il tarixində saat 14:00-da Xəzər Universiteti Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Siyasi elmlər və fəlsəfə departamentinin 5901.01 – “Beynəlxalq münasibətlər” ixtisası üzrə doktorantı Rahil Rəşadət oğlu Dadaşlının fəlsəfə doktoru proqramı çərçivəsində hazırladığı “İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının Cənubi Qafqaz siyasəti” (“South Caucasus Policy of European Union after Second Karabakh War”) adlı dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
İştirak etmək istəyənlər üçün giriş sərbəstdir.
Ünvan: Xəzər Universiteti (Neftçilər Kampusu), Məhsəti k. 41, AZ1096, otaq 102N.