Tələbə 3 avqust 15:00-dan 12 avqust 18:00-dək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək tələbənin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Tələbə https://portal.edu.az/ platformasında “qəbul edildi” statusu aldıqdan sonra aşağıdakı sənədləri 4-14 avqust aralığında (şənbə və bazar günləri qeyri-iş günləridir) Xəzər Universitetinin Qəbul və Tələbə şöbəsinə saat 10:00-dan 17:00-ə qədər (Neftçilər metrosu, Məhsəti küçəsi 41) şəxsən təqdim etməlidir:
Əlaqə nömrəsi: 0102349525