11–12 iyun tarixlərində Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə DIRNA layihəsinin final görüşü keçiriləcək.
Tədbirdə layihənin tərəfdaşları iştirak edəcək, layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr müzakirə olunacaq.
Görüş zamanı təqdimatlar, müzakirələr və tərəfdaşlar arasında əməkdaşlığa dair sessiyalar təşkil ediləcək.
Ünvan: Xəzər Universiteti (Neftçilər Kampusu), Məhsəti k. 41, AZ1096, Mərmər zal
Tarix: 11 - 12 iyun (10:30)