Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Neft mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Reyn qrabenindən çıxarılan oolit əhəngdaşlarının keçiriciliyinə stressin təsiri” mövzusunda seminar keçiriləcək.
Doktorant Sərvər Məmmədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransa Respublikasının Strasburq Universitetində “Yer, ətraf mühit və geofiziki elmlər” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 25 may 2026-ci il tarixində, saat 18:30-da Teams platforması üzərindən online formada təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər:
Link:
https://teams.microsoft.com/meet/46034444987331?p=MLTCrvwpKa3Geq81E1