Hörmətli həmkarlar,
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu (WUF-13) çərçivəsində, 18 may tarixində saat 10:00-da Malayziya pavilyonunda Xəzər Universiteti müəllimi İlahə Təhməzli Malayziya, Misir və Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində çıxış edəcək.
Tədbirə qatılaraq beynəlxalq əməkdaşlıq layihələri və təcrübə mübadiləsi ilə bağlı təqdimatı izləyə bilərsiniz.
Hər birinizi tədbirdə görməyə şad olarıq.
Qeyd edək ki, tədbirdə iştirak etmək üçün WUF-13 rəsmi saytı üzərindən qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün son tarix 15 may 2026-cı il tarixidir.