Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Təhsil departamentinin təşkilatçılığı ilə İnklüziv sinif mühiti necə olmalıdır? mövzusunda seminar keçiriləcək.
Dokorant Yasəmən İbayeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İngiltərənin Bristol Universitetində “Təhsil” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 18 may 2026-cı il tarixində, saat 14:00-da Microsoft Teams platforması üzərindən onlayn şəkildə təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər:
Doktorant, Yasəmən İbayevanın praktik seminarı | Meeting-Join | Microsoft Teams