Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Neft mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Səthi aktiv maddənin vurulmasında optimal duzluluğun təyini üçün yeni modelləşdirmə yanaşmaları” mövzusunda seminar keçiriləcək.
Doktorant Nicat Qasımlı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Amerika Birləşmiş Ştatlarının Pennsylvania State University-də “Enerji və Mineral Mühəndisliyi” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 12 may 2026-ci il tarixində, saat 18:00-da Teams platforması üzərindən online formada təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər:
Link:
https://teams.microsoft.com/meet/42852025812510?p=cCSVFRG476WWP92kyY