Həyat elmləri departamenti və Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə “RNA-seq və IMGT ekspertizasından istifadə edərək Lemurlarda immunoqlobulin genlərinin araşdırılması” adlı seminar keçiriləcək.
Dokorant Türkan Səmədova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransanın Monpelye Universitetində “İmmunogenetika” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 08 dekabr 2025-ci il tarixində saat 12:00-da Microsoft Teams platforması vasitəsilə onlayn şəkildə təşkil olunacaqdır.