Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Təhsil departamentinin təşkilatçılığı ilə “Types of written formative feedback on students' essays in L2 writing classes” mövzusunda seminar keçiriləcək.
Dokorant Yasəmən İbayeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İngiltərənin Bristol Universitetində “Təhsil” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 15 dekabr 2025-ci il tarixində, saat 14:00-da Microsoft Teams platforması üzərindən onlayn şəkildə təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər: