Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 24 oktyabr 2025-ci il tarixində, saat 11:00–15:00 aralığında Xəzər Universitetinin Neftçilər, Nərimanov və Bakıxanov kampuslarında AIESEC təşkilatının Məlumatlandırıcı tədbiri (Infodesk) keçiriləcəkdir.
Tədbir zamanı tələbələr AIESEC-in beynəlxalq təcrübə və liderlik proqramları haqqında ətraflı məlumat əldə edəcək, həmçinin qlobal mühitdə təcrübə qazanmaq və karyera inkişaflarına dair yeni imkanlar kəşf etmək şansı əldə edəcəklər.