29 oktyabr 2025-ci il tarixində saat 12:00 da Azərbaycan Pedaqoji Universitetinin Quba filialında Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ Düyünü” adlı kitabının təqdimatı keçiriləcək. Təqdimat Qarabağ Zəfərinin 5 illiyinə həsr olunur. Tədbirdə ADPU Quba filialının kollektivi ilə yanaşı Xəzər Universitetinin əməkdaşları və qazi məzunları iştirak edəcəklər.