2025-ci il fevralın 21-də saat 11:00-dan 15:00-a kimi Xəzər Universitetinin Neftçilər, Nərimanov və Bakıxanov korpuslarında AIESEC Azərbaycan təşkilatı tərəfindən Universitetin tələbələri üçün İnfodesk təşkil olunacaqdır. Görüşdə təşkilatın həyata keçirdiyi “Global Volunteer” (Qlobal Könüllü), “Global Teacher” (Qlobal Müəllim) və “Global Talent” (Qlobal İstedad) proqramları haqqında tələbələrə ətraflı məlumat veriləcəkdir.
Bütün tələbələri tədbirdə iştirak etməyə dəvət edirik!