Həyat elmləri departamenti və Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə “Lemurların (Lemur catta) Ekspressiya Olunmuş Genlərinin RNA-Seq Analizi” adlı seminar keçiriləcək.
Dokorant Türkan Səmədova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransanın Monpelye Universitetində “İmmunogenetika” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 11 dekabr 2024-cü il tarixində saat 16:00-da Zoom platforması vasitəsilə onlayn şəkildə təşkil olunacaqdır.
İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86286529179?pwd=5J54vQ10QgW9FUjRjhIQ96ixLsk9aY.1
Meeting ID: 862 8652 9179
Passcode: 992183