7 noyabr 2024-cü il tarixində Xəzər Universiteti Təhsil Departamentinin və Dünya məktəbinin müəllimlərinin əməkdaşlığı ilə seminar təşkil olunacaq. Seminarda gənclərlə "COP29 və Gənclərin Rolu”, “Tələbələrin İqlim Fəallığı" və "Ölkəmizdə İqlim Dəyişikliyi və Qida Təhlükəsizliyi" mövzuları ətrafında müzakirələr təşkil ediləcək.
Seminarın məqsədi COP29 tədbirinin ölkəmiz və dünya üçün əhəmiyyətini vurğulamaq, iqlim dəyişikliyi, qida təhlükəsizliyi və gənclərin bu mövzularda məlumatlılığını artırmaqdır.
Seminarda tələbələrin fəal iştirakı ilə qeyd olunan mövzulara dair müzakirələr aparılacaq.
Seminar ictimaiyyətə açıq olacaq.