Tarix və Arxeologiya departamentinin müəllimi Orxan Zamanovun təşkilatçılığı ilə seminar keçiriləcək. Seminar 23 may tarixində Xəzər Universitetinin Neftçilər kampusu, 206-cı otaqda baş tutacaq.Tarix üzrə fəlsəfə doktoru, dosent. Gürcüstan Hərb Tarixi Cəmiyyətinin fəxri üzvü Səbuhi Əhmədov “Azərbaycanda odlu silahın yaranması tarixi: miflər və reallıq” mövzusunda çıxış edəcək.
Səbuhi Əhmədov Azərbaycan hərb tarixi, Azərbaycan silahşünaslığı və Azərbaycan heraldikası ilə bağlı 30-dan artıq kitabın, 100-dən artıq elmi və elmi-populyar məqalələrin müəllifi.