Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Neft və Qaz Mühəndisliyi departamentinin təşkilatçılığı ilə “ Çay suyu keyfiyyətinə nəzarət edən amillər: Girdimançay hövzəsi nümunəsində, Şərqi Böyük Qafqaz” adlı seminar keçiriləcəkdir.
Məruzəçi Anar Abtalıbov “2019-2023-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının York Universitetində doktorantura təhsili alır.
Seminar 12 iyun 2024-cü il tarixində saat 14:30-da canlı şəkildə Xəzər Universitetinin Neftçilər korpusunda 102N nömrəli otaqda keçiriləcəkdir. İştirak etmək istəyən hər kəs seminara dəvətlidir.