Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Mexanika mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Dəniz qurğularında konstruksiya təhlili” adlı seminar keçiriləcəkdir.
Məruzəçi Kənan İbrqahimov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Birləşmiş Krallığın Aberdeen Universitetində doktorantura təhsili alır.
Seminar 19 aprel 2024-cü il tarixində saat 15:00-da canlı şəkildə Xəzər Universitetinin Neftçilər korpusunda 102N nömrəli otaqda keçiriləcəkdir. İştirak etmək istəyən hər kəs seminara dəvətlidir.