Həyat Elmləri departamenti və Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə doktorant Səbinə Ömərovanın “T4SS in Brucella virulence” adlı seminarı keçiriləcəkdir.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqaviləsi əsasında Fransanın Montpellier Universitetində Mikrobiologiya ixtisası üzrə təhsil alır.
Seminar 20.02.2024-cü il tarixində saat 14:00-da Zoom platforması vasitəsilə onlayn şəkildə təşkil olunacaqdır.
İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
https://us06web.zoom.us/j/85777230995?pwd=ECxDnNn50SiPGOMyTw2apZN18TcMxV.1
Meeting ID: 857 7723 0995
Passcode: 840235