Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə “Müəssisələrin Sosial Aləmi” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Amerika Birləşmiş Ştatlarının South Florida Universitetində təhsil alan doktorant Laləxanım Orucovadır.
Seminar 20 fevral 2023-cü il tarixində saat 15:00-da Microsoft Teams platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaqdır.
İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.