Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Neft Mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Application of assisted history matching” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Amerika Birləşmiş Ştatlarının Tulsa Universitetində təhsil alan doktorant Sərdar Əsədovdur.
Seminar 19 fevral 2023-ci il tarixində saat 10:00-da onlayn şəkildə təşkil olunacaqdır.
İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.