2021-ci il sentyabrın 15-də saat 14:00-da Xəzər Universiteti Tarix və arxeologiya departamentının təşkil etdiyi “Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans keçiriləcək. Xəzər Universitetinin Mərmər zalında təşkil olunacaq bu konfransda tələbələr və universitetin əməkdaşları iştirak edə bilərlər.