`2020-ci il martın 4-ü və 5-də Xəzər Universitetində Avropa və regional tərəfdaşların iştirakı ilə ERASMUS+ PETRA layihəsi çərçivəsində ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsini təşviq edən Yekun Konfransı keçiriləcək.
Konfrans ERASMUS+ CBHE çərcivəsində ali təhsil müəssisələrində (573630-EPP-1-2016-1-ES-EPPKA2-CBHE-JP) tədris və təlimin mükəmməlliyin təşviq edilməsi layihəsinin yekunlaşdırılmasına həsr olunur. Son tədbir əldə edilmiş təcrübənin, beynəlxalq əməkdaşlığın qorunması və birgə layihələr və digər imkanlar vasitəsilə tədqiqat işlərinin sərhədlərinin daha da genişləndirilməsi yollarını araşdıracaq.