Professor Rafiq Əliyevin öz elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy logic theory and applications” (Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr) kitabı ölkə ictimaiyyətinə təqdim ediləcək.
Təqdimat mərasimi 2020-ci il fevralın 10-da saat 18:00-da Xəzər Universitetinin “Mərmər salonunda keçiriləcək. (Ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi, 41).