2020-ci il yanvarın 10-dan 20-dək Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını aparır. Sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini müvafiq ali təhsil müəssisələrinə təqdim etmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”ini yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər (https://eservices.dim.gov.az/erizedok/erize/).
Ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi saytında bu linklərə daxil olaraq əldə etmək olar: