23.11.2017-ci il noyabrın 23-ü saat 15:00-da Xəzər Universiteti Doktorantura və Magistratura Birliyi doktorluq elmi işinin və elmi məqalələrin yazılması qaydaları ilə əlaqədar seminar təşkil edəcək. Universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev və Babək Əlibəyov seminarda praktiki və nəzəri bilikləri təqdim edəcəklər.
Seminar Xəzər Universitetinin “Neftçilər” kampusunun konfrans zalında (otaq 102N) baş tutacaq.
Maraqlananlar dəvət olunurlar.