2017-ci il oktyabrın 19-u saat 14:00-da Xəzər Universiteti Doktorantura və Magistratura Birliyi Azərbaycan Elm Heyətinin idarə heyətinin üzvü və London Universitet Kollecinin Nanotexnologiya üzrə doktorantura tələbəsi Mədinə Quliyevanı Xəzər Universitetində qonaq edəcək. Mədinə Quliyeva öz tədqiqat sahəsi olan “Tibdə nanotexnologiya” mövzusunda seminar keçirəcək. Seminar və görüş Xəzər Universitetinin “Neftçilər” kampusunda (otaq 102N) baş tutacaq.
Maraqlananlar dəvət olunurlar.