2017-ci il iyunun 1-i saat 12:00-da Xəzər Universiteti “Universitet – məktəb əməkdaşlığı” layihəsi çərçivəsində 232 saylı məktəbin təşəbbüsü ilə Suraxanı rayon orta məktəblərinin 6-7-ci sinif şagirdləri arasında 3 turda keçirilən “Məntiq yarışması”nın final mərhələsini təşkil edəcək. Finalda hər birində 6 nəfər olmaqla, 7 məktəbin komandası yarışacaq. Sonda iştirakçılar sertifikat, qaliblər isə diplomlarla təltif olunacaqlar.