Xəzər Universitetinin tələbələri “Türkiyə Teknofest – 2022” müsabiqəsində Beynəlxalq Pilotsuz Uçuş Aparatları üzrə “Sabit qanad” və “Dönən qanad” kateqoriyasında 2 komanda - “İti qovan” və “İnvictus” ilə final mərhələsinə keçmişdir. Artıq 9 avqust tarixindən yarışa start verilmişdir. Yarış 14 avqust tarixinə kimi Türkiyənin Afyonkarahisar şəhərində davam edəcəkdir. “Türkiyə Teknofest- 2022” yarışmasının yekun final və mükafatlandırma mərasimi 30 avqust-4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində olacaqdır.