Məlum olduğu kimi, Xəzər Universiteti bir sıra xarici ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edərək, tələbələrin xaricdə təhsilini təmin etməkdədir. Belə əməkdaşlıqlardan biri də Xəzər Universiteti və Portuqaliyanın Braqanza Politexnik İnstitutu (Polytechnic Institute of Bragança) arasında ikili dərəcə proqramıdır.
“Xəzər”in tələbələri ikili dərəcə proqramı üzrə yüksək nəticələr əldə etməkdədirlər. Sənan Qədirov yüksək bal toplayaraq, 2019-2020 tədris ilində Kompüter mühəndisliyi (bakalavr) ixtisası üzrə ən yaxşı tələbə seçilmişdir. Nicat İsmayılov isə 2019-2020 tədris ilində maksimum bal toplayaraq, “Leadership and Strategic Human Resource Management” mövzusu üzrə tezisini uğurla müdafiə etmiş və Beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi almışdır. Qeyd edək ki, Nicat İsmayılov hazırda Portuqaliyanın Lissabon Universitetində magistratura təhsili alır. Onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.