2021-ci il yanvarın 17-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə “Psixoloji sağlamlığımızın qayğısına necə qalaq” adlı vebinarda çıxış etmişdir. Suraxanı Gənclər Evi tərəfindən təşkil edilmiş vebinara 50-ə qədər iştirakçı qoşulmuşdur. İnteraktiv müzakirələr ilə davam edən vebinarda iştirakçıların sualları cavablandırılmışdır. Böyük maraqla qarşılanan vebinar iştirakçıların istəyi ilə digər psixoloji mövzularla növbəti aylarda da davam edəcək.