Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova Türkiyədə keçirilən beynəlxalq simpoziumlara qatılmışdır.
2020-ci il oktyabrın 29-da Ankarada keçirilən “Etimesgut Uluslararası Türk Kültür ve Sanatı Sempozyumu”nda “Mirze Mehti Şükuhinin anadilli Divanı” və noyabrın 2-də Kostomonu Universitetində keçirilən “VI. Uluslararası Şeyh Şa’bân-ı Velî (yesevilik) Sempozyumu”nda “Akademisyen V.A.Gordlevski`nin araştırmalarında Türkiye`nin din tarihinde şeyhlerin – tarikatların yeri ve Hoca Ahmed Yasevi” adda məruzələrlə çıxış etmişdir.