2020-ci il dekabrın 3-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, psixoloq Mələk Kərimova Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İçtimai Birliyinin sədri Mətanət Qüdsinin dəvəti ilə əlillik probleminə həsr olunan onlayn seminarda qonaq qismində çıxış etmişdir. O, Xəzər Universitetinin Əlilliyi olan tələbələrin ali məktəblərə inteqrasiyası layihəsindən, əlilliyi olan tələbələrin təhsil hüququndan və onlara yanaşma üsullarından danışmışdır. Psixoloq, eyni zamanda, psixoloji sağlamlıq anlayışının mahiyyətini açaraq, güçləndirilməsi istiqamətində təkliflər vermişdir.