2020-ci il noyabrın 25-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə oktyabrın 7-dən başlayan təlim proqramında, həftəlik təxmini 10 saatlıq tapşırıqlarla və quizlərlə davam edən Diplom Proqramını başa vurub. Onlayn Peşəkar İnkişaf seminarları Beynəlxalq Bakalavriat (IB) proqramı tərəfindən təşkil edilmiş və IB-nin peşəkar təcrübəçiləri tərəfindən aparılmışdır. Nilufər Əlizadə IB proqramı çərçivəsində psixologiyanın tədrisində strategiya və prinsiplər üzrə seminarı başa vurduğuna görə beynəlxalq sertifikata layiq görülmüşdür.
Əvvəllər Beynəlxalq Bakalavriat Təşkilatı olaraq tanınan Beynəlxalq Bakalavriat Qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən və 1968-ci ildə təsis edilmiş bir qeyri-kommersiya fondudur. Yarandığı gündən bəri IB-nin missiyası təhsil yolu ilə daha yaxşı bir cəmiyyət yaratmaqdır.