Noyabrın 12-də “Dünya” məktəbində şagirdlər arasında “Qarabağ Azərbaycandır!” devizi ilə onlayn şeir müsabiqəsi keçirildi. Şagirdlər Azərbaycan şairlərinin vətənpərvərlik ruhunda şeirləri ilə çıxış etdilər.
Məktəb rəhbərliyi və müəllimlərdən ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını dinləyərək, onları qiymətləndirdilər. Qaliblər müəyyən olundu və bütün çıxışçılara sertifikat verildi.