Xəzər Universitetinin Tələbə Məclisi oktyabrın 10-dan 30-dək ”Səninlə fəxr edirik, Azərbaycan əsgəri” devizi altında “Əsgərə dəstək” humanitar yardım askiyası keçirmişdir. Aksiya müddətində toplanılan yardımlar (40 blok siqaret, 340 cüt qalın corab, 100 ədəd alışqan, 40 ədəd yun papaq, 150 ədəd tibbi maska, 150 ədəd nəm salfetka) “Biz birlikdəyik” könüllü təşkilatı vasitəsi ilə aidiyyatı üzrə göndərilmişdir.