2020-ci il oktyabrın 20-də AZƏRTAC Xəzər Universitetində “Əsgərə sovqat” - orduya və yaralı əsgərlərə humanitar yardım aksiyasının davam etdiyi haqqında xəbər yayımlayıb.
Xəbərdə göstərilir ki, aksiyada bu ali təhsil müəssisəsinin məzunları, Türkiyədə təhsil almış bir qrup azərbaycanlı fəal iştirak edir və 560 əsgərə sovqat göndərilib. Aksiya çərçivəsində, tələbələr və universitetin nəzdində fəaliyyət göstərən Sumqayıt “Dünya” məktəbinin şagirdləri tərəfindən “Əsgərə məktub” adı altında məktublar da yazılıb.
Ətraflı məlumat aşağıdakı linkdə:
https://azertag.az/xeber/Xezer_Universitetinde_Asgere_sovqat_aksiyasi_davam_edir-1618763