BP-Azərbaycan şirkəti təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində dünyada geniş istifadə edilən “Pearson” Nəşriyyat Evinin “Əməliyyatların idarə edilməsi: prinsipləri” (Cey Heyzer, Barri Render və Çak Manson) adlı dərs vəsaiti Azərbaycan dilinə tərcümə edilmişdir.
Dərs vəsaitinin tərcüməsini Xəzər Universitetinin İqtisadiyyat vəmenecment fakültəsinin müəllimi Xumar Hüseynova etmişdir. Tərcümənin ixtisas redaktoru Xəzər Universitetinin Tədris işləri üzrə prorektoru texniki elmlər doktoru, professor Məhəmməd Nuriyevdir.
Azərbaycan dilinə ilk dəfədir ki, tərcümə edilmiş bu dərs vəsaiti iqtisadiyyat və menecment ixtisasları üzrə təhsil alanların, müəllimlərin, fəaliyyətə yeni başlayan sahibkarların, menecerlərin, ümumiyyətlə, geniş auditoriyanın istifadəsi üçün nəzərdə tutulur.