2020-ci il iyulun 15-də Xəzər Universitetinin tərəfdaşı olduğu Erasmus+ UNİLAB (“21-ci əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli”, 610245-EPP-1-2019-1-BE-EPPKA2-CBHE-JP) layihəsinin növbəti virtual idarəetmə görüşü keçirildi. Layihənin virtual görüşündə İspaniya, Avstriya, Fransa, Rusiya və Belarusdan olmaqla, bütün tərəfdaş universitetlərin nümayəndələri iştirak edirdilər.
Görüş zamanı layihədə indiyə qədər görülmüş işlərin qısa hesabatı verildi və növbəti aylarda layihədə nəzərdə tutulmuş fəaliyyətlər müzakirə edildi.
UniLab layihəsinin koordinatoru Carme Royo (EUCEN-Avropa Universitetlərinin Davamlı Təhsil Şəbəkəsi) 2020-ci il iyunun 30-da Xəzər Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual ölkə konfransının yüksək səviyyədə təşkili və layihəyə gətirdiyi töhfələr üçün təşəkkürünü bildirdi və layihənin gələcək işlərində uğurlar arzıladı.
Ümumilikdə, layihədə indiyə qədər görülmüş işlər qənaətbəxş hesab olundu və növbəti görüləcək işlərin siyahısı müəyynləşdirilərək, onlayn görüşə yekun vuruldu.
Qeyd edək ki, görüşdə Xəzər Universitetindən Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova iştirak edirdi.