2020-ci il iyunun 2-də V.N.Karazin adına Xarkov Dövlət Universitetinin təşkilatçılığı ilə Erasmus+ “MEDIATS” layihəsi çərçivəsində magistr ixtisaslarının yaradılmasına həsr olunmuş virtual konfrans keçirildi. Konfransda layihənin Niderland, İspaniya, Latviya, Ukrayna, Gürcüstan və Azərbaycandan olmaqla, bütün tərəfdaş universitetlərinin iştirakı ilə 40 nəfər əməkdaş iştirak edirdi.
Xəzər Universiteti layihənin tərəfdaşı kimi virtual konfransda İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin rəhbəri Dr. Elmar Mustafayev və Təlim-Tədris Mərkəzinin direktoru Ülkər Bayramova tərəfindən təmsil olunurdular.
Konfrans zamanı layihənin Azərbaycan, Gürcüstan və Ukraynadakı tərəfdaşları universitetlərində hazırlanmış medialıya üzrə magistratura proqramlarını təqdim etdilər və ölkələrində mediasiyanın inkişaf perspektivləri və xüsusiyyətlərini müəyyən etdilər. Mövcud riskləri azaltmaq üçün fəaliyyətlər ilə müəyyən edilmiş karantin şəraitində Avropa universitetlərində təlim və layihə haqqında məlumat mübadiləsinin və həyata keçirilməsinin əsas məqamlarının müzakirə olundu.
Dr. Elmar Mustafayev Azərbaycanda Mediasiya Şurasının yaradılması və qanunvericilik haqqında iştirakçılara məlumat verdikdən sonra Dr. Ceyhun Məmmədov Xəzər Universitetində MBA magistr proqramının detalları haqqında təqdimatla çıxış etdi.
Ümumilikdə, layihənin uğurlu həyata keçirilməsi qeyd olundu və 2020-2021-ci tədris illərində Mediasiya üzrə magistr hazırlığına başlanılması qeyd olundu.